Nardaranda əməliyyat keçirilən evin sahibi xərəkdə məhkəmə qarşısına çıxarılır

Sizin brauzer HTML5-i dəstəkləmir

Nardaran əməliyyatının səbəbləri... (ŞƏRHLƏR, VİDEO)

Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş əməliyyatla bağlı daha bir məhkəmə başlayır. Bu dəfə məhkəmə qarşısına əməliyyatda yaralanıb hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov və Nardaran hadisələrinə görə axtarışda olub, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərov çıxarılacaq.

Bu «Nardaran işi»nə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin olunub. Bu haqda AzadlıqRadiosuna E.İsgəndərovun vəkili Fariz Namazlı məlumat verib.

ƏMƏLİYYAT ZAMANI HADİSƏ YERİNDƏ OLMAYIB, AMMA...

2015-ci il noyabrın 26-da polis əməliyyatı Ə.Bünyadovun evində keçirilmiş, o, yaralı halda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunmuşdu. Amma onların haqqında cinayət işi məhkəməyə göndəriləndə Ə.Bünyadovun işi ayrıldı.

***Buna da bax-'Nardaran işi' məhkəməsində 'Azadlıq!', 'İstefa!' şüarları

2016-cı ilin dekabrında Bünyadov haqqında həbs-qətimkan tədbiri dəyişdirildi. Penitensiar Xidmətin Müalicə Müəssisəsində yataq şəraitində saxlanılan Ə.Bünyadov polis nəzarətinə vermə qətimkan tədbiri ilə evinə göndərildi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Taleh Bağırovun yaxınları Qobustan həbsxanasının qarşısına toplaşdı

F.Namazlı deyir ki, hüquqlarını müdafiə etdiyi E.İsgəndərov əməliyyat zamanı hadisə yerində olmasa da, ona da terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, polisə müqavimət və başqa maddələrlə ittiham verilib:

«O, 2015-ci il noyabrın 5-də «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə etiraz olaraq, Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiya zamanı həbs olunub. Ona 15 sutka inzibati həbs cəzası verilib. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında qərar ləğv olunub, onun haqqında materiallar Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərilib. Elxan İsgəndərov axtarışda olduğundan bu il martın 15-də həbs olunub».

***Buna da bax-'Nardaran işi'ndə hökmlər alqışlarla qarşılandı [video]

Ə.Bünyadova isə qəsdən adam öldürmə də daxil, Taleh Bağırovgilə verilən bütün maddələrlə ittiham irəli sürülüb.

XATIRLATMA

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.