►Ələsgər Məmmədli: Hökumət bir müddət əvvəl QHT-lərlə bağlı işi dayandırdığını və ləğv edəcəyini bildirmişdi. Ancaq Natiqin həbsi onu göstərir ki, yeni bir həbs dalğası başlayır
Bakının Nəsimi rayon məhkəməsinə aparılan REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.
Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: "Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər.
4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir", vəkil deyir.
Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.
*Youtube Kanalımıza abunə ol - Videoları ordan izlə, xəbərin olsun!
EKSPERT PROKURORLUĞA APARILIB
Natiq Cəfərli avqustun 13-də təxminən axşam saat 12 radələrində prokurorluğa aparılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Cavad Cavadlının sözlərinə görə, Natiq Cəfərli ona mesaj yazaraq prokurorluğa aparıldığını bildirib.
Sizin brauzer HTML5-i dəstəkləmir
NATİQ CƏFƏRLİ KİMDİR?
İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O,2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.
ReAl lideri Ilqar Məmmədov da həbsdədi.
Buna da bax: İlqar Məmmədov referendumdan yazdı
ƏLƏSGƏR MƏMMƏDLİ: YENİ DALĞA BAŞLAYIR
“Natiq Cəfərlinin ilkin olaraq qanunsuz sahibkarlıq məsələsinə, QHT işinə görə saxlanıldığı deyilsə də, burda başqa məqam var”.
Hüquqşünas Ələsgər Məmmədli REAL-ın icraçı katibi, hökumətin iqtisadi siyasətini tənqid edən Natiq Cəfərlinin həbsindən danışarkən belə deyir.
“Hökumət bir müddət əvvəl QHT-lərlə bağlı işi dayandırdığını və ləğv edəcəyini bildirmişdi. Ancaq Natiqin həbsi onu göstərir ki, yeni bir həbs dalğası başlayır. Bu dalğa da sırf siyasətlə bağlıdır. Natiqin verdiyi prqonozlar kifayət qədər obyektiv və xeyli dərəcədə düşündürücüdür. Bəlkə də odur səbəb. Ayrı səbəb tapa bilmirəm”.
İlkin ehtimallar sırasında REAL-ın icraçı katibinin sentyabrda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma görə həbs edilməsi haqda fikirlər də səslədi. Amma hüquqşünas bu ehtimala haqq vermir.
“İnanmıram. Referendum bu və ya digər formada onsuz da keçiriləcək. İstədikləri nəticəni çıxaracaqlar. Buna görə kiminsə həbs olunmasını ağlabatan saymıram. Bu, məncə, bizi qarşıda gözləyən iqtisadi proseslərlə bağlı ola bilər. Bu proseslərdə sözünə dəyər verilən insanların önə çıxma ehtimalı var. Bəlkə bunu önləmək istəyirlər”.
Ələsgər Məmmədli Natiq Cəfərlinin bu şəkildə həbsini “biabırçılıq” adlandırır: “Ciddi problemdir. Artıq insanları gecəylə evindən oğurlayırlar, az qala cinayətkar kimi aparırlar. Bu biabırçılıqdır. Ziyalı bir insana qarşı bu davranış 1937-c ili xatırladır”.