NATO baş katibi Rusiyanı 'müharibə hazırlıqlarını dayandırmağa' çağırıb-yenilənir

NATO-nun baş katibi Yens Stoltenberq

Conson Klemldə NATO haqqında yanlış təsəvvür olduğunu deyir

NATO Vladimir Putinə hərbi alyansın Rusiya üçün təhlükə yaratmadığına dair təminat verməyə hazırdır.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Münhen Təhlükəsizlik Konfransında bildirib. Consonun sözlərinə görə, Kremldə NATO-nun təhdidedici alyans kimi yanlış təsəvvürləri var.

Britaniyanın baş naziri Rusiyanın Ukraynaya mümkün hücumunun bütün dünya üçün şok olacağını qeyd edərək NATO-nun dinc və müdafiə xarakterli bir ittifaq olduğunu vurğulayıb. Conson həmçinin bildirib ki, işğal halında Böyük Britaniya ABŞ və Aİ ilə birlikdə sərt sanksiyalar tətbiq etməyə hazırdır.

Boris Conson, Kyiv, 1 fevral 2022

***

NATO-nun baş katibi Stoltenberq Rusiyanı “müharibə hazırlığını dayandırmağa” və Ukrayna məsələsini diplomatik yolla həll etməyə çağırıb.

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı “müharibə hazırlığını dayandırmağa” və Ukrayna ilə sərhəddə yaratdığı böhranı diplomatik yolla həll etməyə çağırıb.

Stoltenberqin fevralın 19-da illik Münhen Təhlükəsizlik Konfransında verdiyi bu açıqlama prezident Co Baydenin Rusiya prezidenti Vladimir Putinin işğal qərarını verdiyinə “əmin olduğunu” deməsindən bir gün sonraya təsadüf edir.

Ukraynada münaqişənin qarşısını almaq üçün NATO-Rusiya Şurası çərçivəsində dialoqa başlamaq üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərib.

Stoltenberq Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukrayna sərhədlərindən geri çəkilməsinə dair heç bir əlamətin olmadığını və münaqişə riskinin real olduğunu bildirib.

Buna da bax: Stoltenberq: Rusiya qoşunlarını azaltmır, artırır (Video)

Avropa Komissiyasının sədri Ursula von der Leyen isə Ukraynaya təcavüz edəcəyi halda Moskvaya qarşı “möhkəm maliyyə və iqtisadi sanksiyalar paketi” təqdim ediləcək.

O, həmçinin bildirib ki, Avropa İttifaqı indi Rusiya qazının tədarükünün dayandırılmasına tam hazırdır. Aİ-də həftələrdir ki, Rusiya ilə hazırkı münaqişənin qaz təchizatının kəsilməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.

ABŞ-ın vitse-perezidenti: Biz iqtisadi tədbirlərlə dayanmayacağıq...

Kamala Harris, Münhen, 19 fevral 2022

Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris isə deyib ki, Ukraynaya hücum edəcəyi halda Rusiyaya qarşı iqtisadi tədbirlərlə kifayətlənməyəcəklər.
"Biz iqtisadi tədbirlərlə dayanmayacağıq. Biz işğala cavab olaraq şərq cinahda NATO müttəfiqlərimizi daha da gücləndirəcəyik” ABŞ-ın vitse-prezidenti bildirib.