Rusiya kimyəvi silahdan istifadə etməklə Ukrayna ərazisində əməliyyatlar planlaşdıra bilər.
Bunu Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun dediyinə görə, Ukraynada biloji silah labarotoriyası iddiaları irəli sürən Kreml bununla öz hücumlarına haqq qazandırmağa cəhd edə bilər.
"İndi bu yalan iddialar irəli sürülüb, biz ayıq olmalıyıq, çünki tamamilə mümkündür ki, Rusiyanın özü də bu uydurma yalanlardan istifadə edərək kimyəvi silah əməliyyatları planlaşdıra bilər", - NATO-nun baş katibi deyib.
Onun sözlərinə görə, əgər doğurdan da Rusiya kimyəvi hücum həyata keirsə bu hərbi cinayət olacaq.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Ukraynanın Rusiya sərhədlərinə yaxın ərazidə xüsusi laboratoriyalarda bioloji silahın müəyyən kompanentlərini hazırlayır.
"Ukrayna bioloji laboratoriyalarının əməkdaşlarından fevralın 24-də taun, qarayara, tulyaremiya, vəba və digər ölümcül xəstəliklərin xüsusilə təhlükəli patogenlərinin təcili məhv edilməsi ilə bağlı sənədlər qəbul edilib", -Rusiya XİN-in şərhində deyilir.