NATO üzvü olan 30 ölkədən 20-sinin Ukraynanı silahla təmin etmək üçün ayırdığı hərbi resursları əhəmiyyətli dərəcədə tükənib. Bu barədə “The New York Times” hərbi-siyasi birliyin nümayəndəsinə istinadən xəbər verir.
Qəzetin həmsöhbəti aydınlaşdırıb ki, qalan ölkələr - əsasən əsas müttəfiqlər - Fransa, Almaniya, İtaliya, Hollandiya hələ də Kiyevə hərbi yardım göstərmək iqtidarındadır.
Buna da bax: Ukraynaya 'Patriot' hava hücumundan müdafiə sistemləri verilə bilərMənbənin bildirdiyinə görə, ümumilikdə NATO Ukraynaya indiyə qədər 40 milyard dollar dəyərində silah göndərib ki, bu da Fransanın müdafiə büdcəsi ilə müqayisə oluna bilər.
Məlumatda o da vurğulanır ki, Avropa Birliyi Avropa Sülh Fondundan Ukraynaya göstərdikləri yardıma görə üzv ölkələrə ödədiyi üç milyard avrodan çox vəsaitin 90 faizi tükənib.
2021-ci ilin martında Avropa Birliyi 2021-2027-ci illər üçün büdcəsi təxminən 5 milyard avro olan Avropa Sülh Fondunu (APF) təsis edib. Fond Avropa İttifaqına üzv dövlətlərin töhfələri hesabına maliyyələşdirilir.
Buna da bax: Polşaya düşən raket xəbərinə görə jurnalist işdən çıxarılıb“New York Times” ekspertləri həmçinin qeyd edirlər ki, hərbi əməliyyatlar zamanı münaqişənin hər iki tərəfi İkinci Dünya Müharibəsindən bəri görünməmiş sürətlə silah və sursat istehlak edir.
Belə görünür ki, Qərb ölkələri belə bir ssenariyə hazır olmayıblar. Qəzet NATO əsgərlərinin gündə 300 artilleriya atəşi açdığı Əfqanıstanı misal gətirir.
Qəzet yazır ki, Ukrayna silahlı qüvvələri gündə min raket ata bilir. Bundan başqa onların hərbi yardım və Rusiya mərmilərindən müdafiə vasitələrinə ehtiyacları var.
Buna da bax: Ukraynada az qala nüvə fəlakəti ola bilərmiş