Rusiyanın müxalif siyasətçi və hazırda həbsdə olan Aleksey Navalnı Polşanın "Azadlıq Cəngavəri" mükafatına layiq görülüb.
Bu mükafat 2005 -ci ildən etibarən nüfuzlu Polşa Kazimierz Puławski Vəqfi tərəfindən bütün dünyada demokratiya, azadlıq və bərabərliyin təbliğində əhəmiyyətli töhfə verən insanlara verilir.
Navalnıdan başqa Polşanın keçmiş prezidenti Lex Walesa, NATO -nun keçmiş baş katibi Javier Solana, BMT -nin İnsan Hüquqları üzrə Ali Komissarı Mary Robinson və Baltikyanı ölkələrin başçıları fərqli illərdə bu mükafata layiq görülüblər.
Navalnıdan əvvəl Rusiyadan bu mükafat Mixail Xodorkovskiyə verilib.
Mükafatlandırma mərasiminin oktyabrın 5 -də Varşavada keçirilməsi planlaşdırılır. Navalnı həbsdə olduğu üçün sözügedən mükafatı onun tərəfdarları Leonid Volkov və Vladimir Milov götürəcək.
Buna da bax: Amnesty International 200 minlik imza ilə Kremldən Navalnının azadlığını tələb edir