Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının qızı Avropa Birliyinin ən yüksək insan haqları mükafatı olan Saxarov Mükafatını atasının adından qəbul edib. Mərasim Fransanın Strasburq şəhərində keçirilib.
Davamlı kampaniya
Dekabrın 15-də mükafat Avropa Parlamentində Darya Navalnayaya təqdim olunub. Onun atası, Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçisi olan Navalnı 11 aydır siyasi hesab olunan ittihamlarla həbs cəzası çəkir.
Buna da bax: Putin NATO və ABŞ-ı ‘dərhal danışıqlara’ çağırır20 yaşlı Navalnaya mükafatı “Navalnının həmkarlarının davam etdirdiyi fəaliyyəti və işinin tanınması” adlandırıb.
Avropa parlamentariləri oktyabrın 20-də Navalnını Saxarov Düşüncə Azadlığı Mükafatının qalibi elan edərkən deyiblər ki, o, “Vladimir Putin rejiminin korrupsiyasına qarşı davamlı kampaniya aparıb”.
Navalı isə mükafatı “dünyada bütün antikorrupsiya savaşçılarına” həsr etdiyini açıqlayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Təzyiqlər
45 yaşlı müxalifətçi yanvarın 17-də Almaniyadan qayıdarkən saxlanıb. O, ötən ilin avqustunda Sibirdə hərbi dərəcəli kimyəvi sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə alırdı.
Navalnı zəhərlənməsinə Prezident Vladimir Putinin göstəriş verdiyini desə də, Kreml ittihamları rədd edir.
Buna da bax: AB Vagner şirkətinə sanksiyalar elan etdiMoskvada məhkəmə müxalifətçini daha öncə təqsirli bilindiyi mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozduğuna görə 2 il yarım həbsə məhkum edib. Ona azadlıq tələbiylə Rusiyada keçirilən etirazlarda Navalnının 10 mindən çox tərəfdarı saxlanıb. Onların çoxu ya cərimələnib, ya da bir neçə günlük həbsə məhkum ediliblər. İşdən çıxarılanlar da olub.
Bu ilin əvvəlində Navalnının Antikorrupsiya Fondu (FBK) və ona bağlı digər qruplar ekstremist elan edilərək Rusiyada qadağan olunublar.
Avropa Birliyi Navalnının zəhərlənməsi və həbsinə görə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib.