Rusiya Kremlin tənqidçisi Aleksey Navalnı və onun bir neçə müttəfiqini “terrorçu və ekstremist” siyahısına salıb.
Navalnı və onun beş həmkarı – Lyubov Sobol, Vyaçeslav Gimadi, Georgi Alburov, Liliya Çanişeva və Ruslan Şaveddinovun adları “Rosfinmonitorinq”in reyestrində yanvarın 25-də çıxıb. Onlar sağ qanad millətçi qruplar və Taliban kimi terrorçu, İslam Dövləti adlı silahlı qruplaşmalarla eyni siyahıya düşüblər.
Rusiya qanunvericiliyi bu siyahıya salınmış şəxslərin bank hesablarının dərhal dondurulmasını nəzərdə tutur.
Buna da bax: Navalnının həmkarları ‘terrorçu’ siyahısındaDaha iki müttəfiq siyahıdadır
Təxminən iki həftə öncə isə Navalnının digər iki yaxın müttəfiqi – Leonid Volkov və İvan Jdanovun adları həmin siyahıya salınmışdı.
Ötən il Moskva Şəhər Məhkəməsi Navalnıya bağlı təşkilatların hamısını ekstremist elan edib. Bu addım Navalnı və onun Rusiyadakı regional ofislər şəbəkəsinə bağlı şəxslərin dövlət qulluğuna seçilməsini önləyir.
Hökmdə həmin qurumlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.
Buna da bax: ABŞ Ukraynanın rusiyayönlü deputatlarına sanksiyalar elan etdiNavalnı 2021-ci ilin fevralından həbsxanadadır. O, Almaniyada müalicədən qayıtdıqdan dərhal sonra həbs olunub. Müxalifətçi Sibirdə Noviçok tipli sinir qazıyla zəhərlənmədən Berlində müalicə olunarkən daha öncə təqsirli bilindiyi iş üzrə şərti cəzanın qaydalarını pozmaqda təqsirli bilinib.
Navalnı zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin durduğunu desə də, Kreml bu insidentdə rolu olmadığını deyir.