Pakistanın Ali Məhkəməsi baş nazir Nawaz Sharifi “panama sənədləri” qalmaqalına görə istefaya göndərməkdən imtina edib.
Bu barədə Reuters agentliyi məlumat yatyıb.
5 hakimdən 2-si Nawaz Sharifin istefasını istəsə də 3-ü təqdim edilən sübutları yetərincə saymayıb.
Amma Ali Məhkəmə baş nazirin 4 övladından 3-nə qarşı istintaqın davam etdirilməsini qərara alıb.
Onlar Londonda mülkiyyət almaq üçün ofşor şirkətlərdən istifadə etməkdə şübhəli bilinirlər.
İstintaqı xüsusi komissiya aparacaq və 2 aydan sonra nəticələri elan etməlidir.
Nawaz Sharif və qohumları bütün ittihamları rədd edirlər.
Amma Pakistan müxalifəti təcili baş nazirin istefasını tələb edir.
“Tehreek-e-Insaf” partiyasının lideri İmran Khan bildirib ki, istintaq altında olan insan baş nazir vəzifəsini tuta bilməz.
O deyib ki, əgər Nawaz Sharif günahkar olmadığını sübuta yetirə bilsə, 2 aydan sonra vəzifəsinə dönə bilər.
Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun
ötən il aprelin 3-də açıqladığı sənədlərə görə 200-dən çox Pakistan vətəndaşının ofşor şirkətləri olduğu bildirilir.
Baş nazir Nawaz Sharifin 2 oğlu (Hüseyin və Həsən) , qızı Məryəm , həmçinin Sharifin qardaşı və Pəncab əyalətininbaş naziri Shahbaz Sharifin 2 arvadının qohumları da onların arasındadır.