Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev iyunun 30-da Rusiya prezidenti Vladimir Putinlə görüşdə müqəddəs hesab etdikləri sonuncu qazax xanı- Kenesarı Xanın qalıqlarını tapıb Qazaxıstana göndərməsini xahiş edib. Bu barədə mətbuata keçmiş prezidentin sözçüsü məlumat verib.
Məlumata görə, Nazarbeyev görüşdə sonuncu xanın qalıqlarının doğma torpaqlarında basdırılmasının və ruhunun rahatlıq tapmasının qazax xalqı üçün çox vacib olduğunu vurğulayıb. Putin də bu məsələdə hərtərəfli kömək edəcəyini deyib.
Xan Kenesarı-hər üç Qazax yüzünün son xanıdır. Müasir Qazaxıstanda dövlət səviyyəsində o, 1837-1847-ci illərdə Rusiya İmperiyasından ayrılmağı hədəfləyən Qazaxıstan milli azadlıq hərəkatının lideri hesab edilir.
Sovet və Rus tarixşünaslığında isə Kenesarı Qazaxıstanı Rusiyadan ayırmağa çalışan hərəkatın lideri kimi xarakterizə olunurdu.
В 1847 году Кенесары был захвачен на территории современного Кыргызстана после того, как вторгся туда с 15-тысячным войском . Ему отрубили голову, которую киргизский хан Ормон с письмом с сургучной печатью передал в подарок генерал-губернатору Сибири Горчакову — в знак верноподданности.
Kenesarı Xan 1847-ci ildə Qırğızıstan ərazisində tutulub. Həmin vaxt o 15 minlik qoşunla Qırğızıstan ərazisinə giribmiş. Onun kəşilmiş başını Qırğız xanı Ormon sədaqət əlaməti olaraq mum möhürlü bir məktubla Sibir general-qubernatoru Qorçakova hədiyyə olaraq göndərib.
Qazaxıstanlılar arasında belə bir məlumat var ki, Kenesarinin başı bu günə qədər Sankt-Peterburqdakı muzeylərdən birində saxlanılır. Qazaxıstanın Baş Konsulluğu 2004-cü ildə bu məsələ ilə bağlı muzeyə rəsmi sorğu göndərib, lakin bu müraciətə muzeydə belə bir eksponatın saxlanmadığı cavabı verilib.