Azərbaycan Silahlı Qüvvələri Qərargahının rəisi Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə səfəri çərçivəsində bu ölkənin müdafiə sənayesi müəssisələrində olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 25-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, Müdafiə Sənayesi müəssisələrində olan cənab Sadıkov hərbi təyinatlı məhsullara baxış keçirərək, onların imkanları ilə tanış olub.
O oktyabrın 23-dən İsraildə səfərdədir.
Qərargah rəisi səfər çərçivəsində İsrailin müdaiə naziri və Hərbi Qüvvələrinin Qərargah rəisi ilə görüşüb.
İsrail Azərbaycanın silah aldığı əsas ölkələrdəndir.