7.5 milyardın dərdi çoxdur

Neft Fondu.

“Dövlət Neft Fondunun (DNF) bu il Mərkəzi Banka (MB) nəzərdə tutulan 7,5 milyard manat transferti böyük makroiqtisadi sabitlik üçün prezident İlham Əliyevin verdiyi dəstəkdir”

Bunu Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev deyib.

Buna da bax:​ Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...

O, APA-ya Maliyyə Sabitliyi Şurası çərçivəsində bununla bağlı aparılan müzakirələrdən danışıb.

“Biz uzun müddət Maliyyə Sabitliyi Şurası çərçivəsində əlaqədar iqtisadi qurumlarla geniş müzakirələr nəticəsində bütövlükdə bankın qlobal tarazlaşması amillərini təhlil etmişik. Bunlardan ən mühüm məqam dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Beynəlxalq Bankın sağlamlaşdırılması və bankın öhdəliklərinin tənzimlənməsidir. O cümlədən ehtiyac yaranarsa Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması da hərrac vasitəsilə deyil, məhz transfert hesabına baş tutacaq. Bütün bu faktorlar ona yönəlir ki, fiksə olunmuş bu öhdəliklər valyuta bazarına təzyiqi neytrallaşdırsın”, - deyə A.Babayev bildirib.

Buna da bax:​ '7,5 də 11 milyardın yanına gedəcək' [video]

Xatırlatma

Prezident İlham Əliyev yanvarın 10-da DNF-nin büdcəsinin təsdiqlənməsi ilə bağlı fərman verib.

Həmin sənədə əsasən, DNF 2017-ci ildə MB-yə 7 milyard 500 milyon manat transfert edəcək. Bu vəsaitin makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə ayrıldığı bildirilir.