Neft Fondundan Türkiyəyə 1 milyard avro...

ARDNF

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.

(Depozit- fiziki və ya hüquqi şəxsin dövlət qeydiyyatına alınan kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirdiyi pul vəsaitidir).

"Cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb"​, - ARDNF-in məlumatında bildirilir.

Son aylar Türkiyə milli valyutası-lirə kəskin dəyər itirir. Təkcə son üç ayda ABŞ dollarına nisbətən lirə 50 faiz civarında dəyər itirib.

2022-ci il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 45 milyard 25.1 milyon ABŞ dollarına bərabər olub.