İsraildə parlament seçkisində keçmiş baş nazir Bencamin Netanyahunun Likud partiyası və siyasi müttəfiqləri qalib gəlib. Noyabrın 3-də Baş nazir Yair Lapid Netanyahuya zəng edərək onu təbrik edib.
Netanyahu və müttəfiqləri 25-ci Knessetdə 64 yer qazanıblar ki, bu da hakim çoxluq üçün yetərlidir.
Noyabrın 9-da nəticələr rəsmən təsdiqlənəndən sonra Prezident İsaak Hersoq yeni hökumətin qurulması üzrə siyasi məsləhətləşmələrə başlayacaq.
Buna da bax: Ruben Vardanyan: 'Yanaşı yaşamaq olar, birgə yox'Fundamental dəyişikliklər
CNN qeyd edir ki, Netanyahunun hökumətin başına dönməsi İsrail cəmiyyətinə fundamental dəyişikliklər gətirə bilər. Yeni yəhudi millətçi Dini Sionizm/Yəhudi Gücü alyansının Netanyahu hökumətinə daxil olacağı, demək olar, dəqiqdir. Bu alyansın liderləri sırasında vaxtilə irqçilik və terrorçuluğa dəstəyə görə məhkum olunmuş İtamar Ben Givr da var.
CNN bu həftə Netanyahudan soruşub ki, hakimiyyətə qayıdacağı halda ifrat sağçı hökumətə başçılıq edəcəyindən ehtiyatlanırmı. Netanyahu ötən il hakim koalisiyaya qoşulmuş ilk ərəb partiyası olan Raam-a eyhamla deyib:
“Biz terrorçuluğu dəstəkləyən, İsrailin varlığını danan və Birləşmiş Ştatlara düşmən Müsəlman Qardaşlığı ilə hökumət qurmaq istəmirik. Gətirəcəyimiz dəyişiklik bu olacaq”.
Buna da bax: Zahedanda molla öldürülübNetanyahunun müttəfiqləri məhkəmə sistemində islahatlardan da danışırlar. Bu isə Netanyahunun özünü təqsirli bilmədiyi korrupsiya ittihamları üzrə mühakiməsinə son verə bilər.
Noyabrın 1-də keçirilmiş seçkiyə seçicilərin 71.3 faizinin getdiyi bildirilir. Bundan öncəki dörd seçkidən sonra ya siyasi vəziyyət dalana dirənib, ya da hökumətlərin ömrü qısa olub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bayden vs. Netanyahu
“The New York Times” qəzeti ABŞ Prezidenti Co Baydenin (Joe Biden) Netanyahu ilə keşməkeşli münasibətlərindən yazır. Keçmiş prezident Donald Tramp Netanyahunun dostu idi.
Bayden isə aydın şəkildə deyib ki, İranla nüvə sazişini yenidən işə salacaq. İsrailin keçmiş baş naziri bu sazişə nifrət edib, onu pozmağa çalışırdı. Tramp 2018-ci ildə bu sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib.
Bayden İranla sazişi hələlik, dirçəldə bilməyib. İran isə Ukraynada müharibə aparan Rusiyaya raket və dron satır. Rəy sorğularına görə, prezidentin Demokrat partiyası gələn həftəki aralıq seçkilərini uduza bilər. Tramp isə Amerika siyasətində bir qüvvə kimi qalır, 2024-cü ildə yenidən prezidentliyə namizədliyini verəcəyi gözlənir.
Qəzet yazır ki, iki lider münasibətlərində uzun müddət gərginlik yaratmış məsələlərlə bağlı yenidən deyişə bilərlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Obama ilə müqayisə
Ancaq Bayden vitse-prezident olanda onu Yaxın Şərq danışıqlarında müşayiət etmiş Dennis Ross deyir ki, bu əlaqə Netanyahunun keçmiş prezident Barak Obama ilə münasibətindən daha yaxşıdır.
“Bibinin Baydenə münasibəti Obamakından fərqlidir”, – deyən Ross Netanyahunu ləqəbi ilə adlandırır.
“Bibi əmin idi ki, Obama ona badalaq vurmaq istəyir. Obama isə əmin idi ki, Bibi ona badalaq vurmaq üçün respublikaçılarla işləyir”, – Ross vurğulayır.
Buna da bax: Qırğızıstanda nə baş verir. 'Japarov Kremldən öyrənir'Qəzet qeyd edir ki, Prezident Bayden İsraillə onillərdir davam edən qarşıdurmanın aradan qaldırılması üçün Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Netanyahu isə buna qarşı çıxır.
Məqalədə Netanyahunun 16 ay hakimiyyətdə olmadığı dövrdə dünyanın dəyişdiyi də vurğulanır. İran liderlərinin başı ölkədəki etirazlara qarışıb, nüvə sazişinə qayıtmaqda maraqlı deyillər.
İran bu arada Ukrayna müharibəsində Rusiyaya kömək edir. Fələstin dövlətinin gələcəyi isə bu günlər heç gündəmdə deyil, Fələstin rəhbərliyinin özündə fikir ayrılığı var.