Gürcüstanda tanınmış jurnalist Nika Qvaramiya korrupsiya ittihamları ilə uzunmüddətli həbsə məhkum edilib. Özü və tərəfdarları ittihamları siyasi motivli hesab edir.
Mayın 16-da Tbilisi Şəhər Məhkəməsi 45 yaşlı jurnalist və hüquqşünası 3 il yarım həbsə məhkum edib. O, 2019-cu ildə Rustavi 2 televiziyasının baş direktoru işləyən zamanı vəzifəsindən sui-istifadədə təqsirli bilinib.
Buna da bax: Azərbaycana səfər edənlərin 72 faizi qonşu ölkələrdən gələnlərdirMənimsəmə ittihamı və 50 min lari cərimə tələbi
Hakim Laşa Çxikvadze Qvaramiyanı mənimsəmədə də təqsirli bilib. Hökmdə onun 50 min lari (16 min 300 dollar) cərimə ödəməsi nəzərdə tutulub.
Qvaramiya çirkli pulyuma, rüşvətxorluq və dələduzluq ittihamları üzrə bəraət alıb.
“Afərin!” – Qvaramiya məhkəmə zalında hakimin qərarına belə reaksiya verib.
Digər təqsirləndirilən, Rustavi 2-nin keçmiş maliyyə direktoru Kaxaber Dameniya mənimsəmədə təqsirli bilinib, 50 min lari cərimə ödəməsi haqda qərar çıxarılıb. Daha bir təqsirləndirilən, “Inter Media Plus” xəbər agentliyinin direktoru Zurab Laşvili isə bütün ittihamlar üzrə bəraət alıb.
Qvaramiya 2019-cu ildə Rustavi 2-dən gedib. O zaman Avropa İnsan Haqları Məhkəməsi ölkənin əsas müxalifət kanalının keçmiş sahibi, hökumətə yaxın hesab edilən Kibar Xalvaşiyə qaytarılması barədə Gürcüstan Ali Məhkəməsinin qərarını qüvvədə saxlamışdı.
Buna da bax: Azərbaycan mətbuat azadlığı indeksində irəliləyib, amma...Qisasçılıq
“Beynəlxalq Şəffaflıq- Gürcüstan” təşkilatı Qvaramiyaya qarşı hökmü hakimiyyətin onun jurnalist fəaliyyətinə görə qisasçılığı hesab edir.
“İşin öyrənilməsi və prosesin müşahidəsi əsasında belə qənaətə gələ bilərik ki, iş siyasi motivlidir, məqsəd Nika Qvaramiyanı cəzalandırmaq, onun telekanalını hakimiyyəti tənqid etdiyi üçün sıradan çıxarmaqdır”, – qurum bildiriub.
“Məhkəmə sistemindən media senzurası və qorxutma üçün istifadə digər tənqidi media orqanlarına təhlükəli mesajdır”, – bəyanat deyilir.
Gürcüstan Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2022-ci il mətbuat azadlığı indeksində 180 ölkə sırasında 89-cu olub. 2019-cu ildə isə 60-cı yerdə idi.