Qərb ölkələrindən Ukraynaya verilən təxminən 350 haubitsanın üçdə biri ağır istifadə və ya döyüşdə dəyən ziyana görə sıradan çıxıb.
Bu barədə “The New York Times” Amerika və Ukrayna mənbələrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukrayna ordusu gündə 2000-4000 arası, Rusiya ordusu isə daha çox artilleriya atəşindən istifadə edir.
Buna da bax: Ukraynaya 'Patriot' hava hücumundan müdafiə sistemləri verilə bilərQeyd olunur ki, haubitsalardan belə çox istifadə onların sürətlə aşınmasına, dəqiqlik və atəş sürətinin itirilməsinə səbəb olur.
Zədələnmiş silahların təmiri üçün ABŞ Müdafiə Nazirliyinin Polşada təmir məntəqələri yaratdığı bildirilir.
“The New York Times” yazır ki, Ukrayna zədələnmiş silahların daha tez xidmətə qaytarılması üçün cəbhə xəttinə yaxın bölgələrdə artilleriya xidmət məntəqələri təşkil etmək istəyir.
Buna da bax: Marukyan: Azərbaycan Laçın dəhlizini nəzarətə götürmək istəyirRusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.