-
Azərbaycanda keçirilən buraxılış imtahanlarının nəticəsində acınacaqlı hal aşkarlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya bildiriblər ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər var.
Hətta oxumağı və yazmağı bacarmayanlar da aşkarlanıb:
“Belələri, 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir.
Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.
Belə şagirdlərin 9-cu, hətta 11-ci sinfə qədər gəlib çatması müəmmalıdır ”- deyə komissiyanın məlumatında qeyd edilir.
Buna da bax: İntiqam Əliyev: Həbsxanada çoxlu günahsız insan var
Sizin brauzer HTML5-i dəstəkləmir