-
Sizin brauzer HTML5-i dəstəkləmir
Martın 26-da Azərbaycanın ən ünlü tarixçi alimlərindən birinin - Oqtay Əfəndiyevin 90 yaşı tamam olur.
3 il əvvəl 87 yaşında dünyadan köçən Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakıda doğulub.
Atası Əbdülkərim bəy 30-cu illər Azərbaycanının tanınmış ziyalılarından sayılıb. O, Qori Müəllimlər Seminariyasını, Bakı Dövlət Universitetinin Şərq fakültəsini bitirib. Pedaqoji Universitetdə dərs verib.
Çox tez dünyasını dəyişdiyindən, Oqtay Əfəndiyev 8 yaşından anası Kübra xanımın himayəsində böyüyüb. Kübra xanım dövrünün tanınmış ziyalısı sayılıb, əməkdar həkim olub.
Oqtay müharibənin ağrı-acısını anası ilə birgə yaşayıb.
1945-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub, bir il sonra Moskva Şərqşünaslıq İnstitutunda təhsilini davam etdirib.
İnstitutu bitirəndən sonra Azərbaycan MEA-nın Tarix İnstitutunun aspiranturasına girib, sonra yenə Moskva Şərqşünaslıq İnstitutunun aspiranturasında tanınmış orta əsrşünas alim akademik Zakhoder-in tələbəsi olub.
1955-ci ildə Səfəvilər dövlətinin yaranması ilə bağlı namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan MEA-nın Tarix İnstitutunda işə başlayıb.
58 il Tarix İnstitutunda çalışan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev Azərbaycan tarixşünaslığına hansı töhfələr verdi?
Oqtay müəllim Səfəvilər dövrünün tarixini, özü demiş, «göz yaşları ilə» necə yazdı?
Martın 27-də saat 23-də AzadlıqRadiosunun «İz» proqramında bu suala cavab tapa bilərsiniz.
Bu «İz»i itirməyin.