Sibreal-ın (AzadlıqRadiosunun layihəsi) yazdığına görə, səfərbərlik başlayandan indiyədək hələ Ukraynaya çatmamış 17 çağırışçı ölüb. (Rusiyada son səfərbərlik sentyabrın 21-dən başlayıb) Məlum olub ki, ölənlərdən bəzilərinin vəziyyəti toplanma mərkəzlərindəki ağır şərait səbəbindən daha da ağırlaşıb. Digərləri isə qeyri-müəyyən şəraitdə ölüblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
35 yaşlı Aleksandr Koltun sentyabrın 28-də Bratskdan çağırış komissiyasına könüllü olaraq gedib. Oktyabrın 2-i günortadan sonra Koltun anasına sonuncu dəfə zəng edib və növbəti gecə onun ölüm xəbəri gəlib. Aleksandrın anası Elena Qudo oğlunun hansı şəraitdə, nə səbəbdən öldüyünü hələ də bilmir.
"...Deyirlər ki, Saşa skamyada uzanıb, sonra siqaret çəkməyə gedib - orada xüsusi bir otaq var idi, sonra qayıdıb düz küncdə oturub. O elə orda da tapılıb. Onda xəstəlik var idi, amma o bunun xidmətə mane olmayacağına inanırdı.
Yelena Qudo deyir nə hərbi komissarlıqdan onlara zəng də olub, nə könüllülərə vəd edilən 300 min rubl ödənişdən bir söz deyən olub. Ananın dediyinə görə, 7 min rublla evdən çıxan oğlu oktyabrın 2-də sonuncu dəfə danışanda pulu olmadığını deyib. Oğlu həm də anasına toplanış məntəqəsində naməlum şəxslərin araq satdığını, çağırışçıların çoxlu içki içdiklərini, yemək verilmədiyini, hələ də evdən götürdükləri yeməklə qidalandırlarını deyirmiş.
Ailə dostu Anastasiya Pestovanın dediyinə görə, Aleksandr onlarla danışanda yatmağa yerləri olmadığını, betonun üstündə yatdıqlarını, ac-susuz qaldıqlarını deyirmiş.
Buna da bax: Krım körpüsündə partlayış olubSentyabrın 27-də orduya çağırılan 44 yaşlı Denis Kozlov 3 gün sonra təlim mərkəzindən xərəkdə evlərinə gətirilib.
Anasının sözlərinə görə, oğlu özündə olsa da onu və atasını güclə tanıyıb, oktyabrın 3-də isə onu dəfn ediblər.
"Komissarlıqdan onun dizindəki problemə görə evə göndərildiyini deyiblər. Amma sentyabrın 30-da onu evə gətirəndə qonşuar da gördü ki, onun burnu qırılmışdı, qarnı tam göy rəngdə idi. İnanıram ki, onu çox güclü döyüblər. Amma məndə bir kağız yoxdur ki, bunu sübut edəm..."
Sonra Denisin valideyinlərinə övladlarını başqa bir çağırışçının vurduğunu deyiblər.
Sentyabrın 21-dən bəri Rusiyanın müxtəlif bölgələrindən səfərbər edilmiş ən azı 17 çağırışçının ölümü rəsmən məlum olub.
Buna da bax: Putinin yubileyini kim necə ‘təbrik’ etdiSentyabrın 27-də orduya çağırılan 39 yaşlı Sergey Fedoseenko Vladivostokda polis bölməsində ürək tutmasından ölüb.
Elə həmin gün Kabardin-Balkarın Zvezdnı kəndindən səfərbər edilmiş Boris Şavayevin ölüm xəbəri yayılıb. Səfərbərlikdən əvvəl tibbi komissiya onun sağlam olduğunu bildirsə də, komisarlıq çağırışçının xəstəlikdən öldüyü bildirib.
Sentyabrın 27-də də Böyük Novqoroddan olan 44 yaşlı Yeqor Nazarovun intiharı barədə məlumat yayılıb. Dostlarının dediyinə görə, səbəb bir gün əvvəl Nazarova verilən orduya çağırış vərəqəsi olub.
Sentyabrın 28-də Tümen yaxınlığındakı toplanış məntəqəsində səfərbər olunanlardan birinin cəsədi tapılıb. Hüquq-mühafizə orqanları əvvəlcə çağırışçının intihar etməsi barədə xəbər yaysa da sonradan "intihar" məsələsi mətndən çıxarılıb.
Oktyabrın 2-də Omskdakı hərbi hissələrdən birində Krasnoyarskdan səfərbər olan əsgər həlak olub. Dostunun dediyinə görə, o və dostu başqa hərbçilərlə münaqişəyə görə təhdid edilirmişlər.
Buna da bax: Bakıda Rusiya ordusu əleyhinə etiraz olub [Video]Oktyabrın 7-də isə Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbində orduya səfərbər edilmiş çağrışçının “zorakılıq hərəkətlərinin izləri olan” cəsədi tapılıb.
Oktyabrın 6-da Kamenka kəndində “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə çağırılan 28 yaşlı Sankt-Peterburq sakini təlim atəşi zamanı avtomatdan özünü güllələyib.
Ertəsi gün həmin kənddə səfərbər olan daha iki nəfər həlak olub. Bu ölümlərin rəsmi səbəbi infarktdır.
Oktyabrın 5-də Penzadakı poliqonda məşq zamanı səfərbərlik çərçivəsində çağırılan 41 yaşlı yerli sakin vəfat edib. "Penzaİnform"-un məlumatına görə, sənədlərdə onun da ölüm səbəbi infarkt göstərilib.
"Sibreal.arg" sentyabrın sonu oktyabrın əvvəlləri səfərbərliyə cəlb edilən daha bir neçə çağrışçının öldüyünü yazır.
Sentyabrın sonunda Transbaykaliyanın cənub-şərqində yerləşən hərbi hissədə səfərbər edilmiş şəxs, Pesçankada isə regionun başqa bir hissəsində çağırışçı və səfərbər olmuş şəxs həlak olub.
Oktyabrın 10-da Müdafiə Nazirliyinin Sverdlovsk vilayətindəki təlim mərkəzində səfərbər edilmiş üç nəfər həlak olub. Sverdlovsk vilayətindən Dövlət Dumasının deputatı Maksim İvanovun dediyinə görə, həmin çağrışçılardan biri öldürülüb, digəri intihar edib, orduya yarasız olduğu üçün geri qaytarılan bir çağırışçı isə qaraciyər serrozundan ölüb.
Buna da bax: Pusqudan qaçış: cəmi 7 nəfər sağ qalıbOktyabrın 10-da məlum olub ki, Yakutiyada toplaşma məntəqəsində səfərbər olan gənc pəncərədən yıxılaraq ölüb. İlkin məlumatlara görə, hərbi hissəyə göndəriləcəyini bilən həmin çağırışçı çarpayıların arasından ipin köməyi ilə binanın ikinci mərtəbəsindən enmək qərarına gəlib, lakin yerə yıxılıb.
Sentyabrın 21-də Rusiyada hərbi səfərbərlik elan edilib. Rusiya rəsmilərinin qismən səfərbərlik adlandırdığı bu kampaniyada 300 min çağırışçının orduya çağırılması nəzərdə tutulub. Amma səfərbərlik ölkədə etirazla qarşılanıb, bununla bağlı Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya ordu yeridib və müharibə hələ də davam edir. Beynəlxalq təşkilatlar Rusiyaya çoxsaylı sanksiyalar tətbiq ediblər, həm də Moskvadan tələb olunur ki, dərhal ordusunu Ukrayna ərazisindən çıxarsın.
Moskva bu çağırışların əksinə olaraq tutduğu Ukrayna torpaqlarının Rusiyaya birlədirlməsi ilə bağlı işğal ərazilərində referendum keçirib. Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin referendum keçirilən həmin ərazilərin Rusiyaya birləşdirildiyi elan edib.