Özbəkistanda ölkənin tacikdilli jurnalisti Salim İnomzodaya qarşı cinayət işi açılıb.
O ictimai asayişə təhlükə olan materialların yayılmasında ittiham olunur.
Həm də Facebook-da “Özbəkistan tacikləri” qrupunun yaradıcısı olan İnomzoda iyulun 13-də saxlanıb.
AzadlıqRadiosunun Tacik xidməti üç mənbəyə istinadla xəbər verir ki, jurnalist hazırda Daşkəndin Mirzə Uluqbəy rayonunun təcridxanasında saxlanır.
İstintaq materiallarında deyilir ki, Salim İnomzodaya qarşı cinayət işi ölkə CM-nin 244.1 maddəsi ilə açılıb.
Bu maddədə ictimai asayişə təhlükə yaradan materialların yayılmasına görə 5 ildən 8 ilədək həbsxana cəzası nəzərdə tutulub.
Buna da bax: Hindistan Zelenskinin Modini tənqid etməsi ilə bağlı Ukraynaya etiraz edib“Separatçı ruhlu mahnı”
Materiallarda deyilir ki, İnomzoda 2022-ci ilin oktyabrında tacik müğənnisi Afzalşo Şodiyevin bir mahnısını sosial medialarda təkrar post edib.
Bu da iddia olunur ki, 3 dəqiqə 54 saniyəlik “Səmərqənd və Buxara” mahnısı dini xarakter daşıyır və onda separatçılıq əlamətləri var.
Şodiyevin “Səmərqənd və Buxara” mahnısı ilk dəfə 2013-cü ildə səslənib.
Həmin vaxtlarda Özbəkistan və Tacikistan arasında münasibətlər gərgin idi və iki ölkə arasında gediş-gəliş üçün viza rejimi tətbiq olunmuşdu.
58 yaşlı Salim İnomzoda bundan əvvəl “Ovozi tocik” (Tacikin səsi) qəzetində çalışıb.
Buna da bax: Bakıda FETÖ ittihamı ilə həbs olunanlara hökm çıxarılıb“Özbəkistan tacikləri”
Buxara, Səmərqənd və Daşkənddəki tacik diasporasının fəalları iyulun 12-də Ozodi radiosuna demişdilər ki, onlar İnomzodanın saxlanmasından narahatdırlar.
Onlardan biri adının çəkilməməsi şərti ilə demişdi ki, “Özbəksitan tacikləri” qrupunun başqa üzvləri də polisdə dindiriliblər.
Bu qrupun administratorlarından biri Buxarada saxlanaraq Daşkəndə gətirilib.
“Özbəkistan tacikləri” qrupu əsasən Özbəkistanda yaşayan taciklərin həyat və mədəniyyətindən, Tacikistan və Özbəkistan arasında münasibətlərdən bəhs edən materiallar dərc edir.
Qrupun 15 min üzvü var.