►Özəlləşdirilməyə açıq dövlət obyektləri sırasına standartlaşdırma və metrologiya müəssisələri də daxil edildi
Prezident İlham Əliyev martın 7-də “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sənədə əsasən, özəlləşdirilə bilən dövlət obyektləri arasına standartlaşdırma və metrologiya müəssisələri də daxil edilib. Prezident həmin müəssisələrin özəlləşdirməyə açılması səlahiyyətini özündə saxlayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıbov AzadlıqRadiosuna deyib ki, söhbət yalnız iki müəssisədən gedir: “Müəssisələrin özəlləşdirilmə perspektivinin yaranması maraqların toqquşmasına yol açan amillərlə bağlıdır. Komitənin nəzarət etdiyi sahələrdə təsərrüfat fəaliyyəti göstərməsi qanunla məhdudlaşdırılıb”.
AzTEST və «Azstandartinform»dan söhbət gedir
Özəlləşdirilə bilən müəssisələrdən biri Təcrübə-Sınaq Mərkəzidir (AzTEST). 2009-cu ildə yaradılan mərkəzin əsas funksiyası ölçmə vasitələrinin kalibrlənməsini, metroloji avadanlıq və stendlərin sınaq və attestasiyasını həyata keçirməkdir. Onun Gəncə, Sumqayıt, Xaçmaz, Salyan, Şəki, İmişli və Lənkəranda 6 regional sınaq və sertifikatlaşdırma şöbəsi fəaliyyət göstərir.
Özəlləşdirilə biləcək digər müəssisə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu nəzdindəki «Azstandartinform» MMC-dir. 2013-cü ildə yaradılan şirkət standartların tətbiri sahəsində özəl müəssisələrə konsaltinq xidmətləri göstərir.
1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyekti, eləcə də qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Standartlaşdırma və metrologiya müəssisələri özəlləşdirilməyə ilk dəfə çıxarılır.
Buna da bax:
Sizin brauzer HTML5-i dəstəkləmir
____________________________________________________________
Bunlara da bax:
-
Malta qəzeti “Əliyevə çox yaxın milyarderdən” yazıb
-
Gözəl, gözəl, gözəl Azərbaycan xanımları- [Fotolar]
____________________________________________________________