Partlayışdan əvvəl “Şimal axını” qaz kəmərləri yaxınlığında Danimarka hərbi gəmisi, İsveç patrul korveti və İsveç kəşfiyyat təyyarəsi görünüb.
Bu barədə Danimarka araşdırmalarına istinadən “The Times” yazıb.
Həmin araşdırmalara görə, hadisədən dörd gün əvvəl Rusiya gəmilərinin fəaliyyətinə nəzarət edən Danimarka patrul gəmisi gözlənilmədən kursdan çıxıb.
Buna da bax: Yunanıstan bayrağı altında üzən tanker partlayışdan əvvəl kəmər yaxınlığında olubGəmi bir neçə il ərzində ilk dəfə Bornholm adasının ətrafında dövrə vurub, yarım saat dayanıb, transponderləri söndürüb və radardan itib.
Araşdırma matreallarında qeyd olunur ki, bir neçə dəqiqədən sonra Danimarka gəmisinin dayandığı yerdən çox da uzaq olmayan İsveç kəşfiyyat təyyarəsi dövrə vurmağa başlayıb, daha sonra əraziyə İsveç korveti gəlib.
2022-ci ilin sentyabrında qaz kəmərlərində baş verən partlayışla bağlı Almaniya, İsveç və Danimarka tərəfindən araşdırmalar aparılır.
Martın 24-də Danimarka Enerji Agentliyi “Şimal axını 2” yaxınlığında dənizin dibində hündürlüyü 40 və eni 10 santimetr olan silindir formasında olan bir obyekt tapdığını bildirib.
Danimarka nümayəndələri partladılmış "Nord Stream 2 AG" boru kəmərlərinin operatoruna əşyanın tanınmasında kömək istəyi ilə müraciət ediblər. Operator obyektin suyun üzərinə çıxarılmasında iştirak etməyə razılaşıb.
Moskva Danimarkanın Nord Stream 2 AG-ni bu araşdırmada iştiraka cəlb etmə qərarını müsbət xəbər kimi qiymətləndirib.
Buna da bax: Rusiyanın qaz kəmərlərini kim partladıb? – Qərb mediası2022-ci il sentyabrın sonunda Danimarkanın Bornholm adası yaxınlığında partlayış nəticəsində birinci “Şimal axını”nın iki xətti və “Şimal axını 2” nin bir qolunda təzyiq azalıb.
Mart ayında bir sıra Qərb mediası qaz kəmərinin zədələnməsinə səbəb olan hadisələrin mümkün inkişafı ilə bağlı məlumatlar dərc edib.
Həmin məlumatlarda təxribatı hansısa ukraynayönlü qruplaşmanın həyata keçirə biləcəyi ehtimal edilib. Amma Ukrayna hökuməti baş verən hadisənin Ukraynaya heç bir aidiyyəti olmadığını bəyan edib.
Buna da bax: Putin partladılması ehtimal edilən qaz kəmərlərindən danışıbUkrayna prezidenti Volodimir Zelenski bu cür nəşrləri çox təhlükəli adlandırıb və Kiyevin bu məsələdə iştirak etmədiyini bir daha təkrarlayıb.
ABŞ, Böyük Britaniya və Avropa İttifaqının hakimiyyət orqanları hadisəni məqsədyönlü təxribat adlandırıblar.
Moskva baş verən hadisədə ABŞ və müttəfiqlərini maraqlı sayır. Vaşinqton isə bu ittihamları rədd edir.
Baş vermiş partlayışla bağlı Rusiyada beynəlxalq terror aktı maddəsi ilə cinayət işi açılıb.