Azərbaycanın ən iri şirkətlər qruplarından biri – «Pasha Holding» MMC yeni yatırım şirkəti qurub. Şirkət haqqında bilgi Vergilər Nazirliyinin məlumat bazasında təqdim olunub.
Avqustun 1-də təsis olunan «Pasha Investments» MMC holdinqə məxsus «Port Baku Towers» iş mərkəzində yerləşir. Onun kapitalına ilkin olaraq 100 manat yatırılıb.
***Buna da bax-'Pasha Holding' haqda bilmədikləriniz
Şirkətə Nəriman Sərdarlı direktor təyin edilib. O, həm də «Pasha Development» MMC-yə rəhbərlik edir və holdinqin Monteneqrodakı əlaqəli şirkətinin – «Azmont Investments» MMC-nin Direktorlar Şurasının üzvüdür.
***Buna da bax-'Pasha Holding'in 100 milyonluq yeni oteli
Şirkətin investisiya planları barədə ictimaiyyətə məlumat verilməyib. 2006-cı ildə əsası qoyulan holdinqə gəlincə, prezident İlham Əliyevin qızlarına məxsus şirkətlər qrupunun Azərbaycandan başqa, Türkiyədə və Gürcüstanda da sərmayə qoyuluşları (bank, otelçilik və danışmaz əmlak) mövcuddur. 2015-ci ildə holdinq 3 milyard dəyərində aktivləri idarə etdiyini bildirirdi.