Yanvarın 17-də Çin 2022-ci il Pekin Qış Olimpiya oyunlarına ümumi ictimaiyyətə bilet satışını dayandırıb. Təşkilatçılar bunu koronavirus pandemiyası ilə izah ediblər.
Oyunları izləməyə tamaşaçılar seçiləcək, onlardan sərt COVID-19 qaydalarına əməl etmək tələb olunacaq.
Pekin fevralın 4-də başlanacaq oyunlara ölkə kənarından azarkeşin buraxılmayacağnı daha öncə bəyan etmişdi. Atletlər və oyunların digər iştirakçıları isə qaydalara ciddi şəkildə əməl etməli olacaqlar. Onların idman arenalarından, yerləşdikləri məkanlardan və tədbir üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrdən kənara çıxmayacağı bildirilir.
Çin COVID-ə yoluxmaları sıfırlamaq siyasəti yürütsə də, omikron ştammının səbəb olduğu son yoluxmalar bu rejimin effektinə şübhə yaradır. Pekin yanvarın 15-də yüksək yoluxucu omikrona ilk yoluxma haqda açıqlama yayıb.
Buna da bax: Ekspertlər: Omikron özünü ‘təbii vaksin’ kimi aparırDördüncü doza
İsraildə aparılmış araşdırma isə vaksinin dördüncü dozasının omikrona qarşı məhdud müdafiə yaratdığını göstərib.
Pfizer və Moderna vaksinlərinin dörd dozasının vurulduğu insanlar üzərində ilkin tədqiqatın nəticələri “vaksinlərin təhlükəsiz olduğunu, əməlli anticismlər yaratdığını göstərib. Ancaq onlar omikron ştammına qarşı müdafiədə qismən effektlidir”, – Şeba Tibb Mərkəzindən həkim briqadası bəyanatında bildirib.
Üçüncü və dördüncü dozaların daha öncəki ştammlara qarşı hələ də yüksək effektli hesab olunur.
Buna da bax: 113 günə çatdırılma – Qərb mediasıİsraildə ötən yaydan buster dozalar vurulur, yaşlılar və əhalinin zəif qrupları üçün dördüncü dozalar da təsdiqlənib. Son araşdırmanın nəticələri dördüncü dozanın ümumi əhali qrupuna aid edilməsi haqda rəsmi orqanların qərarına təsir göstərə bilər.
ABŞ-da ordunun aparıcı generalının COVID-19 testi müsbət çıxıb. Ölkənin Baş Qərargah rəisi General Mark Milleydə zəif simptomlar müşahidə olunur və məsafədən işləyir. O tam peyvəndlənib, buster doza da vurulub.
Müdafiə naziri Lloyd Ostin isə bu ayın əvvəlində koronavirusa yoluxmuşdu.
Buna da bax: Pandemiya: zənginlər daha da varlanır, kasıblar...Türkmənistan
Türkmənistan hakimiyyəti isə rəsmi açıqlama olmadan lokdaun tətbiq edib. Rəhbərlik hələ də ölkədə koronavirusa bircə yoluxmanın da qeydə alınmadığını bildirir.
AzadlıqRadiosu-nun Türkmənistan xidməti bütün regional mərkəzlərdə ərzaq mağazalarını çıxmaqla marketlərin, barların, restoranların, digər ictimai yerlərin yanvarın 16-dan qapadıldığını xəbər verir.
Paytaxt Aşqabadda isə lokdaun bir gün öncədən tətbiq olunub.
Buna da bax: Qiymət artımından gileylənənləri güllələməklə hədələyiblərLokdaun haqda rəsmi açıqlama verilməyib, vətəndaşlar bu haqda ictimai yerlərin və mağazaların qapılarına yapışdırılmış rəsmi bildirişlərdən xəbər tuturlar.
Yeni lokdaunun hansı müddətə tətbiq olunduğu bəlli deyil.
Region mərkəzlərindəki tibbi personalın anonimlik şərtilə radioya bildirdiyinə görə, yerli xəstəxanalar dolur, çünki son günlər özəlliklə yeniyetmələr və universitet tələbələri arasında pasiyentlərin sayı artıb.
Öncəki lokdaun dörd ayadək çəkib, dekabrın əvvəlində başa çatıb.
Türkmənistan hökuməti ölkədə koronavirusa heç bir yoluxmanın olmadığını iddia etsə də, buna demək olar ki, inanan yoxdur.