ABŞ Müdafiə nazirliyi Ukrayna ordusunun iddia olunan hücumu gözləntisi ərəfəsində Kiyevə yardım planlarına dair məxfi materialların sızmasının mənbəyini axtarır.
Co Bayden administrasiyasının yüksək rütbəli rəsmilərinə istinadən "New York Times" qəzeti yazır ki, sözügedən materiallar son günlər Twitter və Telegram-da peyda olub.
Buna da bax: Ukraynalı pilot: ‘F-16-lar sovet qırıcılarından 4-5 dəfə yaxşıdır’Pentaqon hərbi sirr olan məlumatların necə yayıldığını araşdırdığı bir vaxtda sosial şəbəkələrdə daha yeni məxfi sənədlər yayılıb. Nəşrin yazdığına görə, həmin sənədlərdə ABŞ-ın Ukrayna, Yaxın Şərq ölkələri və Çinlə bağlı məxfi hesab olunan məlumatlar yer alıb.
O da qeyd olunur ki, 23 fevral tarixdə olan sənədlərin birinin üzərində məxfilik etiketi və "xarici ölkələrə paylaşılması nəzərdə tutulmayıb"-cümləsi yer alıb.
Məlumat sızmasını “əhəmiyyətli təhlükəsizlik pozuntusu” sayan Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Mick Mulroya görə, məxfi sənədlər “Ukrayna, ABŞ və NATO-nun səylərinə zərər vurmaq istəyən” biri tərəfindən qəsdən paylaşılıb
Pentaqon ilk sızıntının mənbəyini axtarır, Kiyev isə yayılan sənədləri “fotoşop” hesab edir.
Buna da bax: Çin Rusiyaya silah verirmiş?Məsələni şərh edən Moskva ABŞ və NATO-nun Ukraynadakı münaqişədə birbaşa və ya dolayısı ilə iştirakına “zərrə qədər də şübhə etmədiyini” bildirir.
Rusiya ötən ilin fevralında Ukraynaya hücüm edib və müharibə hələ də davam edir.