Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardım paketi təqdim etmək niyyətini bəyan edib.
Bu barədə məlumaatı avqustun 19-da Pentaqonun rəsmi nümayəndəsi verib.
O bildirib ki, yeni paketin ümumi dəyəri 775 milyon dollardır.
Bu da xəbər verilir ki, ABŞ bu paketlə Ukraynaya 16 ədəd 105 mm çaplı haubitsa topları, 15 ədəd Scan Eagle kəşfiyyat dronları, 40 ədəd zirehli texnika və 1000 ədəd Javelin antitank kompleksi və onun üçün sursat verəcək.
Beləliklə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri ABŞ-ın Kiyevə verdiyi hərbi yardımın ümumi dəyəri 10.6 milyard dollara çatıb.
Buna da bax: Washington Post: FTX Putini Kiyevin müqavimətsiz çökəcəyinə inandırmışdıCəbhə xəttində durğunluq
Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı tammiqyaslı müharibə artıq 6 aydır ki, davam edir.
Hazırda Rusiya Ukraynanın Donetsk, Luhansk, Xerson və Zaporojye vilayətlərinin bir hissəsini zəbt edə bilib.
Ekspertlər hazırda cəbhə xəttində durğunluq vəziyyətinin yarandığını bildirirlər.
Onların firkincə indilik heç bir tərəfin hücuma keçmək üçün kifayət qədər resursu yoxdur.
Moskva Qərb ölkələrini Ukraynanı silahlandırmaqla münaqişəni eksalasiya etməkdə günahlandırır.
Ukrayna bildirir ki, müharibəni bütün ərazilərini azad edənədək davam etdirəcək.