Polis maşınını çəkiclə əzənin məhkəməsi başlayır [video]

"Polis maşınını çəkiclə əzən". Karikatura. Gündüz Ağayev.

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə əzən Şahin Bəylərovun barəsində cinayət işinin başa çatdığı bildirilir.

“Report”-un xəbərinə görə, iş baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Buna da bax:​ Çəkic adam...

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmə prosesi yaxın günlərdə başlayacaq.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Sürücü çəkiclə polis maşınını zədələyir

Xatırlatma

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 18-i Nərimanov rayonunda Ş. Bəylərov “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.

Buna da bax: Polis maşınını əzən kim olub?

O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə), 221.3-cü (xuliqanlıq) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunur.

Ş. Bəylərov ilkin ifadəsində yol polisinin əməkdaşının onu təhqir etdiyinə görə, maşınını çəkiclə əzdiyini bildirmişdi.