Ukrayna Təhlükəsizlik Xidməti Rus Pravoslav kilsəsinin rəhbəri barədə cinayət işi açıldığını bildirib.
Məlumatda qeyd edilir ki, cinayət işi Rus Pravoslav Kilsəsinin (RPK) başçısı patriarx Kirilin (Qundyayev) Rusiyanın işğalına "bəraət qazandırdığına" görə açılıb.
Açıqlamaya görə, Kiril Qundyayev “Rusiyanın ali hərbi və siyasi rəhbərliyinin yaxın çevrəsinin üzvü və... Ukraynaya qarşı genişmiqyaslı müharibəni açıq şəkildə dəstəkləyənlərdən biri” olaraq qəbul edilir.
Qeyd edək ki, bu ilin oktyabr ayında Ukrayna Ali Radasının deputatları Moskvaya bağlı Ukrayna Pravoslav Kilsəsinin (UOK) din xadimlərini Rusiya ilə əməkdaşlıqda ittiham edərək fəaliyyətini qadağan edilməsi barədə səs veriblər.