“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin ("Putinin aşpazı") öz bloqunda məqsədlərə nail olunduğunu bəyan edərək, Ukraynada müharibəni dayandırmağı təklif edib.
Onun fikirincə, uzun müharibə Rusiyanın dağılması üçün ilkin şərt ola bilər.
Yazıda uzun müharibənin rus elitası arasında da dəstək tapmadığı qeyd olunur.
Priqojinə görə, “dünən xüsusi əməliyyatı dəstəkləyənlərin çoxu indi şübhə altındadır və ya qəti şəkildə baş verənlərə qarşıdır.” Dərin dövlətin nümayəndələri təcili olaraq öz normal həyatlarına, köhnə vərdişlərinə və rahatlığına qayıtmaq istəyirlər”.
Buna da bax: Ukrayna Baxmutu niyə təslim etmək istəmir?Onun iddiasına görə, elita daxilindəki müharibə əleyhdarları müharibənin uğurla davam etdirilməsi üçün verilən qərarları sabotaj edirlər.
"İclaslarda susur, şübhələrini bildirirlər. Bürokratik prosedurlarla bağlı qərarlar verilərkən isə udmağa yönəlmiş müəyyən hərəkətlərə mane olur".
"Vaqner" silahlı birləşməsinin rəhbəri yazır ki, "Ukrayna ordusunun gözlənilən hücumu cəbhə xəttinin yarılması ilə başa çata bilər (o, Rusiyanın hücumunun uğurlu inkişaf variantını "DXR, Dnepr və ya Polşa sərhədlərinə" çıxmasını az inandırıcı sayır). “Belə olan halda, illərdir özünü dünyanın ən yaxşı ordularından biri hesab edən [Rusiya] orduda əvvəlcə tənəzzül əhval-ruhiyyəsi başlaya bilər, sonra isə vəziyyət pisləşə bilər”, - Priqojin yazır.
O, həm də qeyd edir ki, hadisələrin bu cür inkişafı Rusiyanın ali rəhbərliyi istisna olmaqla, elitanın bütün üzvlərini təhdid edən sosial partlayışa gətirib çıxara bilər:
“Xalq onsuz da bizim ən güclü ordu olmamağımıza görə günahkar axtarır" deyə o qeyd edir.
Buna da bax: Putin muzdluları gözdən salma cəzasını sərtləşdirən qanunu imzalayıbEyni zamanda, onun sözlərindən belə məlum olur ki, o, müharibədəki darmadağın variantını ölkə üçün status-kvodan daha doğru addım sayır.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib.
Priqojin 2014-cü ildən "Vagner" PMC ilə əlaqələndirilsə də o, bunu 2022-ci ilin sentyabrına qədər inkar edib. Əlaqəsini etiraf etdikdən sonra o, mütəmadi Ukraynadakı müharibə haqqında danışır, aktiv döyüş bölgələrindən çəkilmiş fotolarını yerləşdirir və yüksək rütbəli Rusiya rəsmilərini tənqid edir.
Bundan başqa çoxsaylı mənbələr mütəmadi olaraq Priqojin ilə Rusiyanın Müdafiə Nazirliyi arasında münaqişələr barədə məlumat verir ki, bu da xüsusilə silah və sursatların tədarükünün gecikməsinə səbəb olur.