Rusiya prezidenti Vladimir Putin Avstriyada toydadır.
Rusiya prezidenti Avstriyaya bu ölkənin xarici işlər naziri Karin Kneissl-lin toy mərasimində iştirak etmək üçün gedib.
Toy mərasimi Avstriyanın Qrads şəhərində keçirilir.Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.
Putin toyd gəlinlə rəqs edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Avstriyanın 53 yaşlı xarici işlər naziri Karin Kneissl biznesmen Wolfgang Meilinger-lə evlənir.
Mətbuatın yazdığına görə, Vladimir Putin toya hədiyyə kimi Kuban kazaklarının xor ansamblını da aparıb.
BBC-nin Rusiyanın Dövlət qurumuna istinadla verdiyi məlumata görə, ansamblın Avstriyaya aparılması Dövlət büdcəsinə azı 1 milyon 800 min rubla başa gələcək.
Qeyd edək ki, şənbə günü-avqustun 18-I axşam saatlarında Berlində kansler Angela Merkellə Vladimir Putinin görüşü gözlənir.