Rusiya prezidenti Vladimir Putinin ötən ay rekord sayda gizli fərman imzaladığı bildirilir.
Bu barədə “Mediazona” yerli media orqanı məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən ay ərzində Rusiya prezidentinin imzaladığı sənədlərin 62 faizi ictimai şəkildə dərc edilməyib.
Adətən prezidentin imzaladığı gizli fərmanlar, həlak olanlar da daxil olmaqla müharibə veteranlarına şamil edilir və onları mükafatlandırmaq üçün imzalanır.
Bu ilin ilk yeddi ayı ərzində imzalanan bütün fərmanların 48 faizi məxfi olub.
Xəbərə görə, iyulun 27 və 31-i arasında, Rusiya prezidenti 12 gizli fərman imzalayıb. Bu 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başladığı gündən etibarən ən yüksək rəqəmdir.
“Mediazona” prezidentin imzaladığı fərmanların yekun siyahısını əldə edib. Həmin siyahıda bütün sənədlərin nömrələndiyi bildirilir. Fərmanların nömrəsiz olması, həmin sənədlərin gizli olduğu mənasına gəlir.