Rusiya prezidenti Vladimir Putin deyir ki, Amerikanın çoxşaxəli raket sistemlərinin Ukraynaya tədarükü müharibənin gedişi üçün “heç nəyi dəyişmir”.
Onun sözlərinə görə, Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Rusiya hələ istifadə olunamış həmin obyektlərə zərbələr endirməyə başlayacaq. Putinin bu dedikləri “Rossiya 1” telekanalı yayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Putin ABŞ-ın Ukraynanı çoxsaylı raket sistemləri ilə təmin etmək qərarını şərh edib. Prezidentin sözlərinə görə, bu cür tədarüklərdə “yeni heç nə” yoxdur, çünki Ukrayna ordusunda artıq sovet istehsalı olan oxşar sistemlər xidmətdədir və Qərb tədarükləri yalnız döyüş əməliyyatları zamanı məhv edilənlərin əvəzini çıxmaq üçün nəzərdə tutulub. Rusiya prezidentinin bəyanatına görə, Rusiya hava hücumundan müdafiə sisteminin "fındıq kimi vurduğu" iddia edilən pilotsuz təyyarələrə də aiddir.
Bununla belə, bu sistemlərə adi yayılım raket atəşi sistemi məsafəsindən (45-70 kilometr) atəş açmağa imkan verən raketlər verilərsə, Rusiya “nəticələr çıxaracaq”. Amma Putin sonra hansı obyektlərə zərbə endirəcəyini açıqlamayıb.
Putin deyib ki, Qərb ölkələrinin Ukraynaya silah tədarükünün məqsədi silahlı münaqişəni uzatmaqdır.
"Əlavə silah tədarükü ilə bağlı bütün bu hay-küy, məncə, yalnız bir məqsəd daşıyır - silahlı münaqişəni mümkün qədər uzatmaq. Əgər (uzaqmənzilli raketlər) tədarük edilərsə, biz bundan müvafiq nəticə çıxarıb, öz gücümüzdən istifadə edəcəyik. Hələ vurmadığımız obyektlərə zərbə endirmək üçün əlimizdə kifayət qədər silah var”, - Putin bildirib.
Buna da bax: Ukrayna ordusu Severodonetskdə itirdiyi mövqelərin 20 faizə qədərini geri aldığı bildirirABŞ bu həftə Ukraynanı HIMARS-lə (High Mobility Artillery Rocket System) təchiz etmək qərarına gəlib. Vaşinqton bu silahların Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilməyəcəyini gözləyir. Sözügedən sistemlərin atış məsafəsi 80 km-ə qədərdir, lakin müəyyən modifikasiyada və müvafiq döyüş sursatı ilə təmin olunarsa bu məsafə 300-500 km-ə çata bilər.