Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Yerevanda hazırda həbsxanada olan keçmiş prezident Robert Kocharian-ın arvadı Bella Kocharian-la görüşüb.
Bu barədə məlumatı AzadlıqRadiosunun Erməni xidməti Kocharian-ın ofis rəhbəri Viktor Sogomonyana istinadən verib.
Azatutyun yazır ki, Sogomonyan görüşün kimin təşəbbüsü ilə olduğunu və keçmiş prezident arvadı ilə nə barədə söhbət edildiyini deməyib.
Vladimir Putin oktyabrın 1-də Avrasiya İqtisadi İttifaqının Yerevanda keçirilən sammitində iştirak edib.
Buna da bax: Erməni siyasətçi Moskvanın Kocharian-ı niyə müdafiə etməsindən danışıb
O habelə Ermənistanın baş naziri Nikol Pashinian-la ayrıca ikitərəfli danışqılar keçirib.
Bu sammitdə İran prezidenti Hassan Rohani də iştirak edirdi.
Ermənistanın keçmiş prezidenti Robert Kocharian iyunun 25-dən həbsdədir.
O 2008-ci ilin 1 mart hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Kocharian həbs ediləndən bəri Rusiya rəsmiləri onun azad olunması üçün rəsmi Yerevana təzyiq göstəriblər.