Rusiya prezidenti Vladimir Putin deyib ki, o 2024-cü ilin prezident seçkisində iştirak edib-etməyəcəyi barədə hələ qərara gəlməyib.
O bu barədə VTB Kapitalın “Rusiya çağırır!” forumunda jurnalistin sualına cavab verərkən danışıb:
"Mənim planlarıma gəlincə, bilsirsiniz burda fokus nədədir? Fokus ondadır ki, mən Konstitusiyaya görə yeni müddətə seçilə bilərəm. Bunu edəcəyəm, yoxsa yox, hələ özüm də qət etməmişəm. Amma mənim belə bir hüquqa malik olmağımın özü artıq ölkədaxili siyasi vəziyyəti sabitləşdirir”.
Putin əlavə edib ki, onun təkrar seçilməsi Rusiya üçün məqsəd deyil.
Buna da bax: NATO yenidən Rusiyaya xəbərdarlıq edir2036-cı ilədək...
Vladimir Putin Rusiyada 2000-ci ildən hakimiyyətdədir.
O 2000 və 2004-cü illərdə iki dəfə prezidnet seçilib. O vaxt Rusiyada prezidentlik müddəti 4 il idi.
2008-ci ildə Putin və Rusiyanın ovaxtkı baş naziri Dmitri Medvedev “rokirovka etdilər”. Medvedev prezident, Putin isə baş nazir oldu.
Bu, Putinə 2012-ci ildə üçün müddətə prezidentliyə namizədliyini irəli sürmək imkanı verdi. Medvedev isə baş nazir vəzifəsinə qayıtdı.
Daha sonra 2018-ci ildə Putin dördüncü müddətə prezident olub.
2020-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklər Putinə bundan sonra iki dəfə də prezident seçilmək imkanı verir.
Beləliklə o hakimiyyətdə 2036-cı ilədək qala bilər.