Rusiya prezidenti Vladimir Putin dekabrın 30-da deyib ki, Çin lideri Si Tsinpin gələn ilin əvvəllərində onun ölkəsinə dövlət səfəri edəcək.
Şərhçilər bildirirlər ki, Putin bu səfərin, Rusiyanın Ukraynadakı hərbi uğursuzluqlarına baxmayaraq Moskva və Pekin arasında həmrəyliyin nümayişi olacağını düşünür.
Lakin Reuters agentliyinin yazdığına görə Çinin iki lider arasında dekabrın 30-da yer almış video söhbət barədə rəsmi məlumatı Pekin və Moskva arasındakı fikir ayrılığını nümayiş etdirib.
Əvvəla Pekinin rəsmi məlumatında Sinin Rusiyaya səfəri barədə heç nə deyilməyib.
Buna da bax: Araşdırma: Çində koronavirusdan hər gün 9 minədək ölən varRəsmi məlumatda xüsusilə vurğulanır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə nə dəstək verən, nə də onu pisləyən Pekin bu məsələdə özünün “obyektiv və ədalətli” mövqeyində qalacaq.
Rusiya ötən fevralda Ukraynaya qarşı müharibəyə başlayandan bəri Qərb ölkələri Moskvaya arxa çeviriblər, üstəlik bu müharibədə Ukraynaya güclü iqtisadi və hərbi dəstək veriblər.
ABŞ və Avropa İttifaqı Rusiya üzərinə ən ağır sanksiyalar qoyub. Belə bir şəraitdə Vladimir Putin Rusiyanın ənənəvi rəqibi olan Çinə üz tutmalı olub.
Buna da bax: Hərbi ekspert: ‘Ukrayna gələn yaya qədər Rusiya ordusunu bitirəcək’“Biz Sizi gözləyirik əziz cənab Sədr”
Putinin televiziya ilə oxuduğu müraciətdə deyilirdi:
"Biz sizi gözləyirik, əziz cənab Sədr, biz sizin gələn yaz Moskvaya dövlət səfərinizi gözləyirik. Bu, əsas məsələlərdə Rusiya-Çin bağlarının gücünü nümayiş etdirəcək”.
Putin habelə Çinlə Rusiya arasında hərbi əməkdaşlığın güclənəcəyinə ümid etdiyini deyib. Amma Çin dövlət telekanalının məlumatında bu məqam da yoxdur.
Si Putini “əziz dost” adlandırsa da, onun çıxışından dörd dəfə qısa olan giriş sözündə praqmatik ton saxlamağa çalışıb.
Putin və Si ötən fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən az əvvəl görüşərkən Qərbə ortaq inamsızlıqlarından və aralarındakı “strateji əməkdaşlığın hüdudsuzluğundan” danışmışdılar.
Buna da bax: İran Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirirQərb iqtisadiyyatları Moskva üzərinə misli görünməmiş sanksiyalar elan etdikdən sonra Rusiya öz enerji daşıyıcıları üçün başqa bazarlara üz tutub və hətta Çinin əsəs təchizatçısı olan Səudiyyəni ikinci pilləyə endirib.
Moskva və Pekin arasında maliyyə bağları da intensivləşib.
Dekabrın 30-da Rusiyannın Maliyyə Nazirliyi ölkənin Milli Sərvət Fonunda saxlanan vəsaitin yuanla ifadəsinin 60 faizədək artırılacağını bildirib.
Putin beləliklə də ölkə iqtisadiyyatını “dollarsızlaşdırmağa” və ABŞ, Britaniya və Yaponiya kimi “qeyri-dost” ölkələrdən maliyyə asılılığını azaltmağa çalışır.
Buna da bax: Japarovun sələflərindən fərqi. Gələn il Orta Asiyada nələri izləməliSinin daha təmkinli mövqeyi
Moskva Tayvan məsələsində Çinin mövqeyini açıq şəkildə dəstəkləyib və Qərbi daha bir münaqişə qızışdırmaqda ittiham edib.
Putin Siyə deyib:
"Qərb tərəfindən misilsiz təzyiq və təxribatlar şəraitində Sizin və mənim qlobal geosiyasi landşaftın davam edən transformasiyasının səbəblərinə, istiqamətinə və məntiqinə dair baxışlarımız üst-üstə düşür”.
Reuters vurğulayır ki, Çin lideri Qərb ölkələrinin tənqidində daha təmkinli mövqe tutub.
Bu ölkələr hazırda Çinin əsas ixracat bazarlarıdır.
Çin Ukraynaya müdaxiləni pisləməkdən çəkinsə də, sülhə ehtiyac olduğunu dəfələrlə bəyan edib.
Putinin özü də sentyabrda etiraf etmişdi ki, Çin lideri Rusiyanın hərəkətlərindən “narahatdır”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Pekin hələki Rusiyaya onun Ukrayna müharibəsində istifadə edə biləcəyi maddi dəstək verməkdən çəkinib.
Çin Rusiyaya görə Qərb sanksiyalarına tuş gəlməmək istəyini açıq bəyan edib.
Bununla belə Si dekabrın 30-da deyib ki, dünyada ümumən yaranmış “çətin” şəraitdə Rusiya ilə strateji əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Kremlin sözçüsü Dmitri Peskov iki lider arasında videogörüşün məhsuldar və konstruktiv keçdiyini bildirib, amma əlavə edib ki, Sinin Moskvaya səfərinin dəqiq tarixi hələki bilinmir.