Rusiya prezidenti Vladimir Putinin Kareliyadakı “gizli” iqamətgahı genişləndirilir.
İqamətgahın ərazisinə daha çox dövlət qoruq torpaqları qatılır.
Jurnalistlərin “Dosye” təhqiqat qrupu bildirir ki, indi iqamətgahın ərazisində şəlalə də var.
Yeni foto və video materialları əldə etmiş təhqiqatçılar aşkar ediblər ki, Maryalahti körfəzinin sahilində indi Rusiya prezidentinin üç malikanəsi, iki helikopter meydançası, yaxtalar üçün bir neçə körpüsü, alabalıq ferması, "mərmər" mal əti istehsal edən qaramal təsərrüfatı var.
Buna da bax: 'Vaqner' qiyam qaldırsa da, Rusiya hələ də Ukraynada öldürülən muzdlu məhkumların xatirəsini yad edirPantsir zenit qurğusu
Jurnalistlər evlərdən birinin yaxınlığında torpaq təpəcik aşkar ediblər. Bu təpəcik müharibədən sonra yaranıb və jurnalistlər bu qənaətdədirlər ki, orada Putinin müdafiəsi üçün Pantsir-S1 zenit qurğusu yerləşdirilib.
Bu da bildirlir ki, son vaxtlarda iqamətgahın ərazisi xeyli böyüdülüb. Rəsmi sənədlərdə iqamətgahın ərazisi 1 kvadrat kilometr olsa da, ərazi hasarlanmış meşəlik və körfəzlərlə birlikdə 4 kvadrat kilometr sahəyə malikdir.
Vaxtilə “Ladojskiye şxerı” milli parkına daxil Maryalahti şəlaləsi də indi iqamətgahın ərazisinə düşür.
Təhqiqatçılar deyirlər ki, indi şəlaləyə kənardan çıxış bağlanıb və onun yaxınlığında Putin üçün skamyalı alaçıq düzəldilib.
Buna da bax: Putin deyib ki, Ukraynada 600 min Rusiya hərbçisi varAbramoviçin qonşuluğunda
Təhqiqatçılar deyirlər ki, Putin iqamətgahının qonşuluğunda oliqarx Roman Abramoviç məskən salıb.
Onun sahəsində jurnalistlər ev, hamam, restoran və “Möcüzələr ölkəsi” adlı art-obyekt müşahidə ediblər.
Bu art-obyekt əvvəllər Sankt-Peterbuqrdakı “Yeni Hollandiya” adasında yerləşirdi.
Vladimir Putinin Kareliyada iqamətgahının olması barədə ilk dəfə 2016-cı ildə “Dojd” telekanalı xəbər vermişdi.
Bu da bildirilir ki, prezident iqamətgahının qurulmasını Putinin Sankt-Peterburqdan olan milyarder dostlarına həvalə ediblər. Onların arasında Yuri Kovalçukun da olduğu deyilir.
Yerli sakinlər deyirlər ki, Putin bu iqamətgaha ildə azı bir dəfə, Valaam monastrına baş çəkəndə gəlir.