Azərbaycan Ermənistanın cənubundan keçən yolun daha bir hissəsində nəzarət-buraxılış məntəqəsi yaradır. Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) noyabrın 15-nə keçən gecədən Qafan-Çakaten yolunda Azərbaycan postunun qurulduğunu açıqlayıb. Məlumatı AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) yayıb.
Ötən həftə Azərbaycan Gorus-Qafan yolunun öz nəzarətində olan 21 kilometrlik hissəsində nəzarət-buraxılış məntəqəsi yaradıb.
Buna da bax: İran sürücüləri Ermənistandakı yeni yoldan narazıdırlarAlternativ yol ilin sonuna hazır olacaq
Ötən il 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın Sünik vilayətində strateji yolun öz ərazisindən keçən hissələrinə nəzarəti bərpa edib.
MTX Gorus-Qafan yolunda olduğu kimi, Qafan-Çakatendə də sərhəd-gömrük postu yaradacağını bəyan edib. Qurumun məlumatına görə, bu hissəyə alternativ yol ilin sonuna hazır olacaq.
Ötən sentyabrda Azərbaycan silahlı qüvvələri Gorus-Qafan avtomobil yolunda post quraraq İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. O vaxt iki İran sürücüsünün saxlanması Bakı və Tehran arasında münasibətləri gərginləşdirmişdi.
Noyabrın 11-dən Azərbaycan sözügedən yolda Ermənistandan gələn nəqliyyat vasitələri üçün sərhəd-buraxılış nəzarəti tətbiq edib. “Azatutyun” bununla ermənistanlı sürücülərin həmin yoldan kənar düşdüyünü yazır.
Buna da bax: Paşinyan gömrük postlarını 'dəhliz məntiqi' ilə bağlayırTatev-Aqvan yolu yük maşınları üçün əlverişli deyil
Hazırda Gorus-Qafan yolunun 21 km hissəsinə alternativ Tatev-Aqvan yolunun isə yük maşınları üçün əlverişli olmadığı bildirilir.
Baş nazir Nikol Paşinyan noyabrın 11-də hökumətin iclasında deyirdi ki, Gorus-Qafan yolundan istifadə Azərbaycanın "dəhliz" məntiqinə razılaşmaq demək olardı. Onun sözlərinə görə, Yerevan Azərbaycanı Sünik vasitəsilə Naxçıvan eksklavına birləşdirəcək xüsusi nəqliyyat dəhlizinə razılaşmadığı üçün Bakı belə bir addıma əl atıb.
Buna da bax: Şuşa yaxınlığındakı postda Azərbaycan əsgərlərinə qumbara atılıbÖtən ilki Qarabağ müharibəsindən sonra Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiyası ilə hələ başlamayıb.
Son günlər Ermənistanla Azərbaycan arasında hərbi gərginlik qızışır. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.