Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK)keçmiş sədri, general-mayor Alnur Musayev Qazaxıstanda baş verənlər, Nursultan Nazarayev və onun ailəsi haqqında AzadlıqRadiosuna danışıb. Hazırda Avstriyada yaşayan Alnur Musayev 1997-2001-ci illərdə ölkənin təhlükəsizliyinə caavabdeh olub, bundan əvvəl isə Nazarbayevin köməkçisi olub.
Nazarbayev haradadır?
“Azadlıq” radiosuna müsahibəsində Alnur Musayev son həftələrdə ictimai arenadan yoxa çıxan Qazaxıstanın ilk prezidenti və onun ailəsi haqqında danışıb.
O, keçmiş prezidentin hazırda Qazaxıstanda olduğunu ehtimal edir. Belə olan halda onun ölkədə baş verənlərə indiyə qədər reaksiya bildirməməsinə gəlincə, keçmiş komitə sədri deyir ki, Nazarbayevin fiziki durumu belə mürəkkəb məsələlərlə məşğul olmağa imkan vermir.
Alnur Musayev onun ev dustağı edilməsinin də inandırıcı olmadığını bildirir. Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın da parlamentin son iclasında görünməməsinə gəlincə, Musayev ehtimal edir ki, keçmiş prezidentin ailə üzvləri ölkə hüdudlarından kənardadır.
Buna da bax: Nazarbayevin iki 'kürəkəni' işdən çıxarılıb, bir nazir müavini də həbs olunubİnqilabın onları süpürüb aparacağından, yoxsa Tokayevdən qorxduqları üçün ölkəni tərk etmələri ilə bağlı suala gəlincə, keçmiş MTK şefi inqilab qorxusunu inandırıcı sayır. Amma əlavə edir ki, "Tokayev və Putinin sonrakı hərəkətləri onlara xəbərdarlıq edir ki, hakimiyyət də onlara qarşı tədbir görə bilər - bu, ilk dəfədir. İkincisi: xarici hesablar, daşınmaz əmlak onların kapitalının olduğu yerdə şəxsi iştirakını tələb edir".
“Onların xaricdəki dəbdəbəli mülkləri və böyük sərvətləri ilə bağlı araşdırmalar aparılıb. Yəqin ki, bir çox detalları bilirsiniz" sualına gəlincə:
– Mən onların hesab nömrələrini bilmirəm, amma şəxsən mən Honq-Konqda Məsimov, Nazarbayev və Dariqa Nazarbayeva ilə birlikdə olmuşam. Orada Məsimov o vaxt Xalq Bankının sədri olaraq Nazarbayevə hesab açıb. Hesab çox güman ki, Makaoda açılıb. Makao şəhərinin başçısı cənab Ho var idi. Mən, Məsimov və Dariqanın iştirakı ilə cənab Ho ilə Nazarbayev arasında görüş oldu və açıq söhbətlər oldu ki, Nazarbayev 2000-ci ilə qədər ilk milyardı toplayıb- Alnur Musayev bildirib.
"Əksəriyyət onun ölkəni talaya biləcəyini ağılına da gətirmirdi..."
-Sovet funksioneri necə dollar milyarderi oldu?
-Əksəriyyət onun ölkəni talaya biləcəyini ağlına belə gətirmirdi. Ətrafdakıların çoxu bunu anlayınca getməyə başladılar. Prinsipcə, Qazaxıstan prezidentliyinə xalq tərəfindən dəstək var idi. 1998-99-cu illərdə yüksək məmurlar, o cümlədən mən başa düşdüm ki, o, ölkədən şəxsi varlanmaq üçün istifadə edir. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid onun şəxsi nəzarəti altında həyata keçirilirdi. Hər bir dövlət əmlakı, neft-qaz yataqları, ən iri mədən müəssisələri onunla şəxsən bölüşməyə borclu olan konkret şəxslər arasında bölüşdürülürdü. "Qazaxmıs" kimi bəzi müəssisələr o vaxtdan, təbii ki, namizədlər vasitəsilə ona məxsusdur. Bütün bunlar əvvəlcə bizdən gizli formada baş veriridi. Ölkənin başında onun yanında olanların çoxu sovet tərbiyəsi görmüş adamlar idi, çoxluğun onun ölkəni soya biləcəyindən xəbəri yox idi. Ətrafdakıların çoxu bunu anlayınca getməyə başladılar. Baş nazir Kajegeldin, ardınca necə deyərlər gənc türklər, Candosov, Ablyazov, ardınca Raxat Əliyev, Musayev getdi. Narazılıqla fonunda, kobud desək, böyük korrupsiyaya görə onu devirməyə qərar verdilər.
Hakimiyyətin ikinci ailəyə keçmə təhlükəsi
- Yazırlar ki, sizi mühacirətə aparan münaqişənin səbəblərindən biri də Raxat Əliyevin Nazarbayevin birinci həyat yoldaşına Nursultan nazarbayevin gizli ikinci ailəsinin olduğunu deməsi olub. Nazarbayev bundan çox qəzəblənib və qərara gəlib ki, sizin dəstə ona qarşı sui-qəsd hazırlayır. Bir çox başqa hallar var idi, amma əsas budur?
- Demək olar, hə. Raxat Əliyev məhz narazılıq üzündən belə bir addım atıb ki, hakimiyyət birinci əsas ailədən artıq yeni münasibətlərin yarandığı ikinci ailəyə keçə bilər, ailə klanı isə tədricən dağılırdı. Həqiqətən də, Raxat Əliyevin Nazarbayevin hakimiyyətdən getməsini təmin etmək üçün addımlar atmasının əsas səbəbi budur.
"Bütün kadrları sadə camaat demişkən, “xalçaya saldı” "
- Nazarbayevin qardaşı oğulları, xüsusən də iğtişaşlarda iştirak edən Qazaxıstan sələfilərinin lideri olduğu iddia edilən Kayrat Satıbaldı haqqında çox yazılır. Onlarla tanışsınız?
- Mən onlarla tanış idim, hər ikisi müxtəlif vaxtlarda DTN-nin orqanlarında xidmət edirdi. Mən gedəndən sonra Kayrat Satıbaldı sədrin kadrlar üzrə müavini vəzifəsini icra etdi. Bütün kadrları sadə camaat demişkən, “xalçaya saldı”. Yəni, operativ qərargaha tövsiyə olunurdu ki, şəxsi heyət üzrə sədr müavini hər kəsin namazı vaxtında qılıb-qılmadığını yoxlasın. Buradan onun özünün hansı ideoloji-dini yöndə olması, DTN orqanlarının operativ heyətini hansı istiqamətə yönəltməsi aydın görünür.
Buna da bax: Baş prorkurorluq rəsmisi: Qazaxıstandakı iğtişaşlarda 225 nəfər ölüb...
Jurnalist Dövlət Təhlükəsizlik Nazirliyinin (DTK) son hadisələr zamanı özünü qəribə apardığını, etirazçıların rahat şəkildə yanğınlar törətdiyinə diqqət çəkərək Alnur Musayevdən "bəlkə elə doğurdan da sui-qəsd ehtimalı real olub" deyə soruşub.
- Dövlət Təhlükəsizlik Komitəsi orqanlarının deqradasiyası tədricən baş verib. Kərim Məsimov Komitəyə (ölkədəki hadisələrdən sonra həbs olunub) rəhbərlik edərkən onun Nazarbayevlə yaxınlığı pis rol oynayıb. O, o qədər yaxın idi ki, bütün digər hüquq-mühafizə orqanları vəziyyətin monitorinqi, dövlət əleyhinə təzahürlərin qarşısının alınması və s. kimi MTK-nın funksiyalarına daxil olan məlumatlardan istifadə edə bilmirdilər. ... Məsimov dövründə isə Daxili İşlər Nazirliyinə ölkədə asayişi təmin etmək üçün istifadə etməli olduğu məlumatlar daxil olmayıb. O, əsasən Nazarbayevin şəxsi və biznesi ilə məşğul olub. O, ABŞ-a xüsusi nümayəndə kimi gedib və orada o vaxtkı dövlət katibi Pompeo ilə Nazarbayevin özünün maliyyə problemləri ilə bağlı görüşüb. Əvvəllər xarici işlər naziri olan Tokayevi göndərmədilər və Tokayevə belə məsələlər etibar olunmurdu. Bu, şəxsən Nazarbayevin Məsimova ən yüksək etimadından xəbər verir.
-Məsimov Nazarbayevə yaxınlığına görə həbs edilib, yoxsa Tokayevin dediyi kimi o ölkədə baş verən son cinayətlərə görə?
-Burda hər iki səbəb var. Əsas səbəb onun Nazarbayevə yaxınlığıdır. Bu yaxınlıq onunla çox pis zarafat etdi. Bu yaxınlıq o qədər idi ki, bütün hesab nömrələrini bilmək, bütün daşınmaz əmlakı bilmək, bütün klanın bütün işlərini bilən Məsimov inqilab zamanı Nazarbayevin özü üçün Tokayevdən daha böyük təhlükə yaradırdı. Çox güman ki, Nazarbayev Məsimovun ağzını bağlamaqda maraqlıdır. Biz xaricə gedəndə Raxat Əliyev kitab çap etdirdi və bütün bu kompromatları oraya atdı. Amma Əliyevin materialları ilə müqayisədə Məsimovun sahib olduğu sadəcə nəhəng dağdır. Nazarbayev sızmanın qarşısını almaqda son dərəcə maraqlı idi. İkincisi, Məsimov həqiqətən də lazımi tədbirlər görmədi və öz hərəkətsizliyi ilə bu qanlı nümayişləri qızışdırdı.
Buna da bax: Tokayev Nazarbayevi tənqid edirNazarbayev hakimiyyəti niyə ailə üzvlərinə yox, Tokayeva etibar edib
– Nə üçün Nazarbayev hakimiyyəti ailə üzvlərindən birinə, misal üçün Dariqaya vermədi" sualına cavab olaraq Alnur Musayev hakimiyyətin Dariqaya ötürülməsi planlaşdırıldığını deyib.
... 2019-da hakimiyyətin Dariqaya verilməsi ilə bağlı danışıqlar gedirdi. Nazarbayev bütün hallarda Tokayevin üzərində dayandı. O inanırdı ki, Tokayev Nazarbayev varisliyini qoruyub saxlayacaq. Tokayev belə də başladı: o, şəhərin adını dəyişdi, Nazarbayevin ona etibar etdiyi hər addımı yerinə yetirdi. 2019-20-ci ilin birinci dövründə Nazarbayev ölkəni bacardığı qədər idarə etməyə çox çalışdı. 2021-ci ilin sonuna qədər gücü tükənmişdi, hər şeydən aydın idi ki, baş verənlər yalnız fiziki və yaş faktorlarına görə baş verib.
Hər şey partlayış həddinə çatanda Tokayev çox güman ki, bir gün əvvəl onunla şəxsi təmasda olan Putin və Lukaşenkonun göstərişi ilə hərəkət etdiyi kimi hərəkət etməyə məcbur oldu. Və bundan əvvəl, hər zaman, Nazarbayevlə məsləhətləşə bilməyəndə, Rusiyanın ən yüksək vəzifəli şəxslərinə müraciət etdi. Hər şey baş verəndə o, çox çətin bir şəxsi vəziyyətə düşdü. Axı bu partlayış onun şəxsi təhlükəsizliyini və həyatını təhdid edirdi. Gücünü itirsəydi, həyatını itirərdi - bu, mütləqdir. Nəticədə, Putin və Lukaşenkodan aldığı tövsiyələrə əsasən, o, şəxsən onun üçün iki dəhşətli iş görüb - o, insanların edamını öz üzərinə götürüb və KTMT-ni, mahiyyətcə Rusiya qoşunlarını Qazaxıstan ərazisinə dəvət edib" -Alnur Musayev bildirib.
"Rusiya Qazaxıstandan getməyəcək..."
-İndi o, bu vəziyyəti geri qaytarmağa çalışır.
- Qoşunların çıxarılması ilə bağlı bəyanat-bu, onun tamamilə düzgün addımıdır. Amma Rusiya rəhbərliyi ilə böyük konfliktlər olacaq. Bunun nəyə gətirib çıxaracağı hələ məlum deyil. Tokayev diplomatik danışıqlar çərçivəsində qoşunları geri çəkə bilsə, bütün ölkə ona minnətdar olacaq, əks halda ölkədə gizli hərəkat, vətəndaş müharibəsi başlayacaq.
Qazaxıstanda bundan sonra vəziyyətin necə inkişaf edəcəyinə gəlincə sabiq MTX sədri hesab edir ki, Rusiya Qazaxıstandan getməyəcək və ölkənin daxilində federal vilayət yaratmağa cəhd edəcək.
"Mən əlbəttə qorxuram ki, biz Rusiyanın protektoratı altında olacağıq. Bu gün biz bir müstəqil dövlətik və de-fakto biz Rusiya tərəfindən işğal olunmuşuq. Sonra necə olacaq, bunu mühakimə etmək çətindir. Mən çox ümid edirəm ki, Tokayev diplomatik yolla ordunun Qazaxıstandan çıxarılmasına nail olacaq. Bu olacaqsa onda Qazaxıstan Türkmənistan və Orta Asiyanın o biri despot ölkələri kimi olmayacaq.