Qazaxıstan hakimiyyəti bu il mayın 7 və 9-da Vətənin Müdafiəçisi Günü və Qələbə Günü paradlarını keçirməkdən imtina edib. Bu haqda ölkənin müdafiə nazirliyi bildirib.
“2022-ci ildə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin formalaşdırılmasının 30 illiyi və 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə hərbi parad keçirilməsi planlaşdırılmır”, – məlumatda deyilir.
Buna da bax: Qazaxıstan Buça qətliamına münasibət bildirdiNazirlik ölkədə 50-dək “hərbi-vətənpərvərlik tədbiri” keçiriləcəyini qeyd edir.
Qazaxıstan hakimiyyəti 2020 və 2021-ci illərdə Qələbə günü paradlarını koronavirus pandemiyası səbəbindən ləğv edib.
Ötən il isə prezidentin mətbuat katibi Berik Uali deyirdi ki, Qələbə günü münasibətilə təntənəli tədbirlər 2022-ci ilə keçirilib.