Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Moskvanın ona vermək istədiyi "Aleksandr Nevski" ordenini qəbul etməkdən imtina edib.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, Kasım-Jomart Tokayev vəzifədə olduğu müddətdə heç bir mükafat almamaq qərarına gəlib. Bu barədə "Tengrinews" məlumat yayıb. Ehtimal olunur ki, Tokayevə orden verilməsi səfər etdiyi Sankt-Peterburqda iqtisadi forumda baş tuta bilərdi.
Sözügedən forumda çıxış edən Qazaxıstan prezidenti Moskvanın Ukrayna torpaqlarındakı separatçı respublikalarla bağlı mövqeyinin əleyhinə çıxış edərək, onları tanımaq fikrində olmadığını bildirib.
Buna da bax: Tokayev: Qazaxıstan Ukraynadakı separatçıları tanımır“Aleksandr Nevski” ordeni ilə xarici siyasətçilər Rusiya Federasiyası ilə çoxtərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə və onun sosial-iqtisadi inkişafına köməkliklərinə görə təltif oluna bilərlər.
Tokayevin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstan prezidenti hələ Rusiyaya səfərindən əvvəl sözügedən mükafatdan imtina edib. Kremlin sözçüsü Dmitri Peskov iyunun 18-də mətbuata açıqlamasında Tokayevin Rusiyada mükafatlandırılmasının planlaşdırılmadığını deyib.
Buna da bax: Putinin hakimiyyətində çəkişmə başlanıb - Qərb mediası