Bu il Azərbaycanda qeyri-neft məhsulları ixracının ilk dəfə 2 milyard dolları keçməsi proqnozlaşdırılır. 2021-ci ilin ilk səkkiz ayının nəticəsinə görə, bu il ölkənin qeyri-neft ixracının həcmi 1 milyard 584 milyon dollar olub. Bu, ötən il həyata keçirilən bütün qeyri-neft ixracının 85 faizi deməkdir. Hökumət rəsmiləri də tez-tez qeyri-neft sektorundakı ixracın artımını xüsusi qeyd edərək bunu böyük uğur sayır. Amma nəzərə almaq lazımdır ki, qeyri-neft ixracının ümumi ixracdakı payı hələ də çox aşağıdır. Bu ilin ilk səkkiz ayının nəticələrinə görə, Azərbaycanın toplam ixracı 12 milyard 935 milyon dollar olub. Bu o deməkdir ki, ölkədə ixracın 88 faizi neft, cəmi 12 faizi qeyri-neft sektorunun payına düşür. Yəni, hökumət qeyri-neft ixracının həcmiylə öyünsə də, həmin ixracın toplam ixracdakı payında ciddi dəyişiklik baş verməyib. Ölkənin qazandığı hər 100 dollardan 88-i hələ də məhz neft-qaz sektorundan gəlir və qeyri-neft ixracının azalan neft-gəlirlərini kompensasiya etmək gücü yoxdur.
Cədvəl: 2015-2021-ci illərdə Azərbaycanın qeyri-neft ixracı
İl |
Qeyri-neft ixracı |
2021 (ilk 8 ay) |
1 milyard 584 milyon |
2020 |
1 milyard 851 milyon |
2019 |
1 milyard 954 milyon |
2018 |
1 milyard 689 milyon |
2017 |
1 milyard 538 milyon |
2016 |
1 milyard 237 milyon |
2015 |
1 milyard 581 milyon |
İxracın 60 faizi cəmi iki ölkənin payına düşür
Qeyri-neft sektorunda 2017-ci ildən bəri artım tempi müşahidə edilsə də, ixracın strukturunda problemlər də qalmaqdadır. Ən diqqətçəkən məqamlardan biri qeyri-neft məhsullarının ixrac coğrafiyasının məhdud olmasıdır. Dövlət Gömrük Komitəsinin hesabatından aydın olur ki, bu il ərzində həyata keçirilən qeyri-neft ixracının 60 faizə yaxını cəmi iki ölkənin – Rusiya və Türkiyənin payına düşür. Özəlliklə Rusiyanın bəzi hallarda Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına qadağalar tətbiq etməsi Azərbaycanın qeyri-neft ixracının coğrafi məhdudluğu problemini daha da aktuallaşdırır.
Sizin brauzer HTML5-i dəstəkləmir
İxraca görə ilk 10 yeri tutan ölkələr Azərbaycanın bütün qeyri-neft ixracının 90 faizə yaxınına sahib olub. Bu, qeyri-neft ixracının coğrafi baxımdan çox aşağı səviyyədə diversifikasiya olunmasının göstəricisidir. Müqayisə üçün, qonşu Gürcüstanın 2020-ci ildəki ixracında ilk iki yeri Azərbaycan və Çin tutub ki, bu iki ölkəyə həyata keçirilən ixrac ölkənin ümumi ixracının cəmi 27 faizi olub.
Cədvəl: 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft ixracının coğrafi strukturu
|
Ölkə |
Qeyri-neft ixracının həcmi (dollar) |
Ümumi ixracda payı (%) |
1 |
Rusiya |
522 milyon |
32.96 |
2 |
Türkiyə |
407 milyon |
25.71 |
3 |
İsveçrə |
155 milyon |
9.77 |
4 |
Gürcüstan |
109 milyon |
6.91 |
5 |
ABŞ |
48 milyon |
3.03 |
6 |
Ukrayna |
30 milyon |
1.91 |
7 |
Çin |
25 milyon |
1.60 |
8 |
Qazaxıstan |
22 milyon |
1.40 |
9 |
Türkmənistan |
21 milyon |
1.36 |
10 |
Belçika |
20 milyon |
1.29 |
İxracın yarısı cəmi 10 şirkətin payına düşür
Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının alıcıları kimi, satıcılarının da sayı məhduddur. Rəsmi statistika xarici ticarət əlaqələrində minlərlə təsərrüfat subyektinin iştirak etdiyini deyir. Lakin açıqlanan məlumatlardan görünür ki, 2021-ci ildə ölkənin bütün qeyri-neft ixracının tən yarısı ən çox ixrac həyata keçirən ilk on şirkət tərəfindən həyata keçirilib. Daha bir diqqətçəkən məqam bu 10 şirkətdən cəmi dördünün özəl sektora aid olmasıdır. Bu məqam özəl sektorun məhdud inkişafının ölkənin ixracında da əks olunduğunu göstərir. Qeyri-neft sektorundakı bütün ixracın 40 faizə yaxını cəmi 10 dövlət şirkətinin payına düşüb.
Cədvəl: 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın əsas qeyri-neft məhsulları ixracatçıları
Ölkə |
Qeyri-neft ixracının həcmi (dollar) |
ARDNŞ-nin "marketinq və iqtisadi əməliyyatlar" idarəsi |
158 milyon |
SOCAR Polymer |
122 milyon 700 min |
AZƏRGOLD |
76 milyon 300 min |
MKT İstehsalat Kommersiya |
72 milyon 600 min |
AZƏRALÜMİNİMUM |
57 milyon 900 min |
"AZƏRBAYCAN İNTERNEYŞNL MAYNİNQ KOMPANİ LİMİTED ŞİRKƏTİ"nin |
55 milyon |
AZƏRPAMBIQ |
55 milyon |
Local Garden |
50 milyon 500 min |
AZƏRENERJİ |
32 milyon 400 |
P-Aqro |
28 milyon 500 min |