Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda beş nəfərin məhz "quş qripi"ndən öldüyünü təsdiqlədi.
Təşkilatın martın 21-də yaydığı məlumatda bildirilir ki, bu beş nəfərin xəstə quşların tükünü yolarkən virusa yoluxduqları ehtimal olunur.
Təşkilatın martın 21-də yaydığı məlumatda bildirilir ki, bu beş nəfərin xəstə quşların tükünü yolarkən virusa yoluxduqları ehtimal olunur.
Bununla da 2003-cü ildən bəri dünyada "quş qripi"ndən ölənlərin sayı 103-ə çatıb.
Azərbaycanda dünyası dəyişənlərdən 4-ü Salyanın Dayıkənd kəndindən, biri isə Tərtər rayonundandır. Qurbanlardan dördü 17-21 yaş arasında qızlar, biri isə 16 yaşlı oğlandır