Bratislava daha əvvəl ölkəyə gətirilən 200 min "Sputnik V" peyvəndindən 160 minini Moskvaya qaytaracaq. TASR agentliyi bildirir ki, bu barədə cümə günü Slovakiya Səhiyyə Nazirliyinin nümayəndəsi Zuzana Eliashova məlumat verib.
Başlanğıcda 2 milyon doza alınacağı təxmin edilirdi. Eliasovanın sözlərinə görə, indiyə qədər 10500 adam bu peyvəndin ilk dozasını vurdurub, 8 min nəfər isə öz növbəsini gözləyir. "Dennikş.N" qəzetinin yazdığına görə, növbəsini gözləyənlər arasında keçmiş baş nazir, peyvənd alınması ilə bağlı müqaviləni imzalayan İqor Matoviç də var.
"Sputnik V" peyvəndi Avropa Birliyində (AB) sertifikata sahib deyil. Bratislava apreldə, Avropadakı pandemiyanın üçüncü dalğasından az əvvəl bu peyvəndləri satın alıb. Sonra AB-nin bir çox ölkəsində yeni koronavirus növünə qarşı kəskin peyvənd çatışmazlığı yaşanıb. Lakin razılaşma ölkədəki siyasi böhranı daha da artıbı və bu nəticədə hökumətin istefasına səbəb olub.
Dərmanın sertifikatlaşması uzun müddət təxirə salınıb və onunla aşılama yalnız iyun ayında başlanıb. Bu zamana qədər, digər peyvəndlər artıq ölkə bazarında mövcud idi.
İndi Slovakiyada hər üç ölkə vətəndaşından biri pənvənd olunub ki, bu da Rusiyada peyvənd olunan adamların sayında iki dəfə çoxdur. Beləki Rusiyanın regionları peyvənd çatışmazlığından şikayətçidilər. "Komersant"ın farmokoloji bazar iştirakçılarından birinə istinadla verdiyi xəbərə görə, peyvəndləmə üçün Rusiyaya təxminən ildə 140 milyon doza peyvənd lazımdır. Hətta ən optimis proqnozlara görə, bazar COVİD-19-a qarşı 100 milyon doza peyvənd hazırlamağı proqnozlaşdırıb.
Belə bir vəziyyətdə Moskva xarici bazara peyvənd göndərməyi dayandırıb. "Forbes" jurnalının may ayının sonunda yazdığına görə, xarici bazarlara yalnız sifarişin fazisi həcmində peyvənd göndərilib. Argentina və meksika peyvənd çatışmazlığından şikayətçidilər. Qvatemala isə "Sputnik" peyvəndi üçün ödədiyi pul geri tələb edir.
Sözügedən dərmanı dünyada tanıtdıran Rusiya Fondu, vəziyyəti digər ölkələrdə peyvəndin istehsal edilməsi ilə yaxşılaşdıracağına söz verir.
Bununla yanaşı, Kreml iyun ayında xarici sifarişləri yerinə yetirməyin mümkün olmadığını etiraf edib.