Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

Vidadi Zeynalov

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki keçmiş aparat rəhbəri Vidadi Zeynalovun dövlətə vurduğu iddia olunan ziyanın hamısını ödədiyi bildirilir.

Bu barədə onun vəkili Elxan Süleymanlı məlumat verib. Vəkil APA-ya sabiq məmurun iyulun 10-da 2 milyon 25 min manatı ödədiyini deyib.

“Bu gün, iyulun 11-də isə qalan 536 manat borc məbləği Beynəlxalq Banka ödənilib. Beləliklə, Vidadi Zeynalov vurulan 7 milyon 330 min 536 manat ziyanın hamısını ödəyib", - vəkil deyib.

Buna da bax:​ 'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Hazırda V.Zeynalov və digərlərinin məhkəmə prosesi davam edir.

Buna da bax: Həbsdəki məmurlardan kim neçə milyon verib?

Dövlət ittihamçısı məhkəmədən onun 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.