Əliyev Kadırova tapança göndərib

"Zəfər" tapançası (Arxiv)

-

Prezident İlham Əliyevin Çeçenistanın rəhbəri Ramzan Kadırova “Zəfər” markalı tapança göndərdiyi bildirilir. Dövlət başçısının hədiyyəsini R. Kadırova Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çatdırdığı qeyd edilir.

*Hər gün yeni videolarımız olur - Youtube Kanalımıza abunə ol və izlə

Bu haqda R.Kadırov özünün instagram səhifəsində yazıb.

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII beynəlxalq toplantısı keçirilir. R.Mehdiyev bu toplantıda iştirak etməkdən ötrü mayın 24-də Qroznıya gedib.

R.Kadırov R.Mehdiyevlə görüşündən videogörüntüləri də səhifəsində paylaşıb.

O, şərhində qeyd edib ki, prezident İlham Əliyevin hədiyyəsini Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə alıb.

R.Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. O, bu postda atası Əhməd Kadirovu əvəz edib.O birinci Çeçen müharibəsində atası ilə birgə Rusiya Fedarasiyasına qarşı vuruşub. Sonra isə Rusiyanın tərəfinə keçiblər.

Türkiyənin TİSAŞ şirkətinin lisenziyası əsasında Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal olunan 3 tapança modeli Azərbaycan Müdafiə Nazirliyi sistemində tabel silahı təyin olunub. (APA)

APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə TİSAŞ-ın müəssisəsində mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bildirilib.

Brifinqdə qeyd olunub ki, Azərbaycan MSN-lə imzalanmış müqavilə çərçivəsində «Zigana K» və «Zigana F» modellərinin «nou-hau» olaraq Azərbaycanda istehsalına icazə verilib. Tapançaların 17 detalı Azərbaycanda, 41 detalı isə Türkiyədə istehsal olunacaq. Bu tapançalar Azərbaycanda «Zəfər», «Zəfər-K» və «İnam» adı ilə istehsal edilir.

Azərbaycanda istehsal olunan tapançaların atış ömrü 25 min güllə təyin olunub.

Türkiyənin daxili bazarında 20% paya malik olan TİSAŞ 2010-cu ildə 12864 ədəd tapança ixrac edib. Şirkətin tapança ixracatında ABŞ, Pakistan, Azərbaycan, Peru, Burkina Faso, Almaniya, Paraqvay, Misir, Efiopiya, Kolumbiya, İtaliya və İran daxil olmaqla 30 ölkə yer alıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında bu videoları da izləyə bilərsiz: