Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib. Əvəzində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı noyabrın 28-də fərman imzalayıb.
Naxçıvan Baş Gömrük İdarəsi Azərbaycan Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.
Naxçıvanda nazir həbs edilib
Səbail Rayon Məhkəməsinin qərarı ilə Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə naziri Rəfael Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.
"Turan"ın məlumatına görə, həbs-qətimkan tədbiri istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında seçilib.
Amma bu məlumatı, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan nə təsdiq, nə də təkzib ediblər.
Yerli saytların məlumatına görə, Naxçıvan MR maliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Amma məlumata, orda əks edilən ittihama, hələlik, E.Əliyev və onun yaxınlarından da münasibət almaq mümkün olmayıb.
Buna da bax: Naxçıvan gömrüyündən həbs xəbəri varR.Əliyev son günlər Naxçıvan MR-də həbs xəbəri yayılan ilk vəzifəli şəxs deyil. Ötən həftənin sonu, noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun da həbs xəbəri yayılmışdı. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilirdi.
M.Əsgərovun bir qrup şəxs halında xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsində ittiham olunduğu bildirilir.
Amma bu məlumatlara, hələlik, rəsmi qurumlar və M.Əsgərovun yaxınlarından münasibət almaq mümkün olmayıb.