"Roskosmos" şirkətinin koronavirusa yoluxmuş iki əməkdaşı xəstəxanada ölüb. Bu barədə TASS agentliyi şirkət rəhbərinin müavini Oleq Frolovaya istinadən xəbər verir. Onların 62-68 yaşları var imiş.
Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən şirkətin daha bir əməkdaşının ikitərəfli sətəlcəmdən öldüyü bildirilir. Roskosmosda ümumilikdə 42 mütəxəssisin koronavirusa yoluxduğu xəbər verilir.
Daha əvvəl TASS agentliyi "RSC Energia" şirkətinin baş dizayneri Yevgeni Mikrində də koronavirus aşkarlandığını xəbər vermişdi.
Aprelin 17-ə olan məlumata görə, Rusiyada COVİD-19-a yoluxanların sayı 32 mini keçib. 273 nəfər ölüb, virusu yoluxmuş 2590 nəfər sağalıb. Koronavirusa yoluxma halı Rusiyanın bütün regionlarında qeydə alınıb.