Avropaya qaz nəql edən “Şimal axını”nın yeganə işlək turbini Trent 60 üç gün ərzində - avqustun 31-dən sentyabrın 2-dək texniki xidmət üçün bağlanacaq. Rusiyanın “Qazprom” şirkəti xəbər verir ki, bu müddət ərzində qaz nəqli dayandırılacaq. Bundan əvvəl - “Şimal axını” iyul ayında planlı təmir işləri ilə əlaqədar 10 gün müddətinə tamamilə bağlanmışdı.
Bundan sonra “Qazprom” kəmərlə qaz axınını 33 milyon kubmetrə qədər azaldıb. Bu gündəlik layuhə gücünün 20%-ni təşkil edir.
Qaz nəqlinin dayandırılması və daha sonra azaldılmasına səbəb kimi kompressor qurğusunun planlı təmiri səbəb göstərilib.
Bundan əvvəl “Qazprom” Almaniyaya qaz tədarükünün azaldılmasını Kanadanın sanksiyalara görə təmir üçün Kanadada olan Siemens qaz turbinlərinin Rusiyaya qaytarılmasını əngəlləmək qərarı ilə izah edib.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Kommersant” isə xəbər verir ki, iyulun 17-də Kanada Almaniyaya təmir olunmuş qaz turbinini göndərib. Qəzetin yazdığına görə, daha sonra kompressor bərə və quru yolu ilə Helsinki vasitəsilə Leninqrad vilayətinin Torfyanovka kəndi yaxınlığındakı Portovaya kompressor stansiyasına çatdırılmalı idi.
Avqustun 3-də “Qazprom” Kanada, Avropa İttifaqı, Böyük Britaniyanın sanksiyaları səbəbindən turbinin qaytarılmasını qeyri-mümkün adlandırıb.
Sözügedən "Siemens" turbinləri Kanadada istehsal və həm də təmir edilir. Həmin qaz turbinlərindən biri sanksiyalardan əvvəl təmir üçün zavoda göndərilib. Ottava əvvəlcə mühərriki təmirdən sonra Rusiyaya qaytarmaqdan imtina edib, lakin sonra Almaniyanın tələbi ilə buna razılaşıb.
"Siemens Energy"-nin rəhbəri Kristian Bruçun sözlərinə görə, hazırda “Şimal axını” kompressor stansiyasında yalnız bir turbin işləyir, 100 faiz yüklənmə üçünsə beş turbin lazımdır.
Buna da bax: Rusiyanın enerji ixracından gəlirləri 100 milyard dollar artır