Şənbə günü gecə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (Roskomnadzor) Azadlıq Radiosu-nun Rusiya, Ukrayna və Mərkəzi Asiyanı əhatə edən yeddi redaksiyasına bildiriş göndərərək, rusiyalı müxalifət lideri Aleksey Navalnının araşdırmaları ilə bağlı 60-dan çox yazının silinməsini tələb edib.
Federal Xidmət redaksiyaların elektron poçt ünvanlarına 60-dan çox bildiriş göndərib.
Dövlət Xidməti tələb edir ki, Navalnının komandasının araşdırmaları ilə bağlı yazılar “Azadlıq” radiosunun, “Current Time”, “Krım.Realii”, qazax redaksiyası (Azattyk) və tacik redaksiyasının (Ozodi) rusdilli saytlarından, həmçinin “Sibir.Realii”, “Sever.Realii”, tatar-başqırd saytlarından silinsin.
Bir günə silinməsi tələb olunan araşdırma yazılarda Rusiya prezidenti Vladimir Putinin Gelencikdəki “sarayından”, iş adamı Yevgeni Priqojinin Kremlə bağlı aktivlərindən, Rus Pravoslav Kilsəsinin Patriarxı Kirilldən və Rusiyanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxslərindən bəhs edilir.
"Roskomnadzor"un məlumatına görə, Rusiyanın anti-ekstremist qanunvericiliyini pozan onlarla məqaləni silmək adı çəkilən media qurumlarına bir gün vaxt verilib.
Buna da bax: ‘Putinin sarayı’: Navalnının yeni araşdırmasıKorporasiya bu tələbi yerinə yetirmək niyyətində deyil.
Son günlər "Roskomnadzor" Rusiya nəşrlərinə, o cümlədən “Novaya qazeta”ya da oxşar tələblər irəli sürüb.
2021-ci ilin avqustunda Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu və Vətəndaşların Hüquqlarını Müdafiə Fondu ekstremist təşkilatlar siyahısına əlavə edilib.
2021-ci il iyunun əvvəlində siyasətçinin bu iki fondu və qərargahı Moskva Şəhər Məhkəməsi tərəfindən ekstremist kimi tanınıb.
Human Rights Watch (HRW) dekabr ayında bildirmişdi ki, Rusiya hakimiyyəti son bir ildə onlayn azadlığı sıxışdırmaq üçün “səylərini ikiqat artırıb”.
Buna da bax: Navalnı və həmkarları ‘terrorçu’ siyahısındaHüquq müdafiəçiləri senzuradan yan keçmək üçün istifadə olunan vasitələrin bloklanmasına, qanunvericiliyin sərtləşdirilməsinə və texnologiya şirkətlərinə təzyiqlərin, onları “getdikcə boğucu qaydalara” əməl etməyə məcbur etmələrinə diqqət çəkirlər.
Moskva son vaxtlar AzadlıqRadiosu və digər müstəqil media və jurnalistlərə təzyiqləri gücləndirərək, onların bir çoxunu “xarici agent” kimi qələmə verib.
Bir gün əvvəl Rusiya hökuməti Almaniyanın Deutsche Welle (Alman dalğası) media korporasiaysının Rusiya ərazisində yayınını qadağan edib.
Bundan başqa media qurumunun müxbirlərinin akkreditasiyası ləğv olunub və Moskvadakı müxbir postu bağlanıb.
Buna da bax: Putin – “Kremlin kasıb sakini?”