Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun tam rus qoşunlarının nəzarətinə keçdiyini açıqlayıb. Məlumatda zavod ərazisində olan ümumilikdə 2439 ukraynalı əsgərin "təslim olduğu" iddia edilir.
Nazirliyin açıqlamasında bildirilir ki, nazir Sergey Şoyqu artıq prezident Vladimir Putinə “əməliyyatın başa çatması, zavodun və Mariupol şəhərinin Ukrayna yaraqlılarından tam azad edilməsi haqqında” məruzə edib.
Açıqlamada Azov alayının komandirinin də təslim olduğu bildirlir, həm də qeyd edilir ki, komandir “Mariupol sakinlərinin nifrətinə və şəhər əhalisinin onu cəzalandırmaq istəyinə görə” xüsusi zirehli maşında zavodun ərazisindən çıxarılıb. Amma rəsmi məlumatda komandirin adı göstərilmir.
Buna da bax: Ukraynaya 9.5 milyard dollarlıq daha bir yardımMüdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun bəyanatından bir saat əvvəl Rusiyanın 1-ci Kanalı Azov komandiri Denis Prokopenkonun təslim olduğunu bildirib. Hələki Ukrayna tərəfi bu bəyanatı şərh etməyib. Prezident Vladimir Zelenski andiçmənin üçüncü ildönümü ilə bağlı verdiyi müsahibədə zavoddakı hərbçilərin “çıxmaq və xilas etmək hüququna malik olduqları barədə əmr aldıqlarını” deyib.
Prezidentin sözlərinə görə, o, “liderlərinin Rusiya Federasiyası ilə münasibətlərinə görə Türkiyə, İsveçrə, İsrail və Fransa ilə” hərbçilərin çıxarılmasına razılaşıb.
“Baxmayaraq ki, düzünü desəm, mən dəfələrlə başqa dövlətlərin rəhbərləri ilə danışmışam ki, hərbçilərimizi müvafiq silahlarla təmin edək ki, biz bu insanların qarşısını almaq üçün hərbi yolla Mariupola çataq”, – Ukrayna prezidenti bildirib.
Buna da bax: Rusiya hərbi xidmət üçün yaş həddini ləğv etməyə hazırlaşır"Azovstal"dakı Ukrayna hərbçiləri mayın 16-dan başlayaraq oradan çıxmağa başlayıblar. Onlar Ukrayna ərazisindəki Rusiya ordusunun müşayəti ilə elə Rusiyanın işğal etdiyi Ukraynanın digər ərazilərə aparılıblar. Ukrayna Baş Qərargahı onların “mübadilə proseduru ilə” geri qaytarılacağını bildirib.
Ukrayna prezidenti hərbçilərin geri qaytarılması işinin “müəyyən vaxt tələb etdiyini” deyib və bildirib ki, “Ukrayna qəhrəmanları Ukraynaya salamat olaraq lazımdır”.
Rusiyanın Dövlət Duması isə "nasist cinayətkarlarından hər hansı birinin mübadiləsini" qanuni olaraq qadağan etməyi və Rusiyada ölüm cəzasının tətbiqinə moratoriumdan istisna etməyi təklif edib.
Mayın 17-də məlum olub ki, Rusiya Baş Prokurorluğu Ukraynanın Azov alayının terrorçu təşkilat kimi tanınması və ölkədə fəaliyyətinin qadağan edilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Azov alayı və digər Ukrayna birləşmələrinin döyüşçüləri martın əvvəlindən mühasirədə olan və "Azovstal" metallurgiya zavodunda blokadaya alınmış liman şəhəri Mariupolun müdafiəsini həyata keçirib.
Buna da bax: Azovstal-dakı döyüşçülərə vuruşmağı dayandırmaq ‘əmr olunub’“Azov” birliyi 2014-cü ildə könüllülərdən ibarət batalyon kimi yaradılıb, onun mənşəyində ifrat sağçı fəallar dayanıb. Eyni zamanda, bir çox Azov döyüşçüləri neonasist olmadıqlarını və alayın özünün Ukrayna Silahlı Qüvvələrinin ayrılmaz hissəsinə çevrildiyini vurğulayırlar.
Rusiya fevralın 24-ü səhər erkən Ukraynaya hücum edib. Moskva Ukraynaya qarşı başladığı müharibəni "xüsusi əməliyyat" adlandırıb. Ölkədə bunun əksini deyənlər isə hüquqi məsuliyyətə cəlb olunur.